Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


16.07.2019  18:06 

10 aylıq körpənin ölümünə görə həkimlər işdən çıxarıldı





A+  A-

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Ağdaş rayon sakini Cavid Ələkbərovun 10 aylıq uşağının ölümü ilə bağlı iddialara cavab verib.
XəzərNews.az-ın məlumatına görə, qurumdan “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Ağdaş rayon sakini 06.09.2018-ci il təvəllüdlü Ələkbərli Türkel Cavid oğlunun ölümü ilə bağlı hadisəni araşdırıb. Araşdırma zamanı Ağdaş rayon Mərkəzi Xəstəxanasında və Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında 07.07-08.07.2019-cu il tarixində gecə növbələrində olan şəxslərin hadisənin təfərrüatları və başvermə səbəbləri haqqında izahatları alınıb.

Hazırda cinayət işi açılıb. Hüquq-mühafizə orqanlarının araşdırma apardığı müddətdə hər iki xəstəxanada hadisə baş verən gün gecə növbəsində olan həkimlər işdən uzaqlaşdırılıb.

Qeyd edək ki, uşağın atası Cavid Ələkbərovun iddiasına görə, uşağın ölümünə Bakıya gətirilməsi üçün təcili tibbi yardım maşınının ayrılmaması səbəb olub. O qeyd edib ki, Türkeli ilk olaraq Ağdaş rayon Mərkəzi Xəstəxanasına aparıb. Lakin orada lazımi tibbi avadanlığın olmadığını bildiriblər, bu səbəbdən həkim ona uşağı Mingəçevirə aparmağı məsləhət bilib. Mingəçevirdə də valideynə eyni sözlər deyilib. Çarəsiz qalan ata uşağı Bakıya aparmaq istəsə də, ona təcili tibbi yardım maşını ayrılmayıb. Bir neçə dəqiqədən sonra isə ataya deyilib ki, aparata qoşulan uşaq artıq keçinib.

Xəbər 1761 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +