Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


16.07.2019  10:57 

Bakı metrosunda siqaret çəkən cərimələndi





A+  A-

Bakı metrosundan istifadə qaydalarını pozaraq vaqonda siqaret çəkənin kimliyi məlum olub.
XəzərNews.az DİN-ə istinadən xəbər verir ki, videogörüntülərdəki şəxsin əvvəllər məhkum olunmuş Sabunçu rayon sakini Fərəcullayev Ceyhun Vaqif oğlu olduğu müəyyən edilib. Həmin görüntülər isə 15 iyul 2019-cu il tarixində “28 May” - “Həzi Aslanov” stansiyaları arasında hərəkət edən vaqonda lentə alınıb. Metropolitendən istifadə qaydalarını pozan şəxs saxlanılaraq şöbəyə gətirilib və o, törətdiyi əməli etiraf edərək peşman olduğunu bildirib.

Faktla bağlı Ceyhun Fərəcullayev barəsində Polis Şöbəsində İnzibati Xətalar Məcəlləsinin 306.4 - metropolitendən istifadə qaydalarının pozulması, keçidlərdə və platformalarda, vaqonlarda siqaret çəkmə maddəsi ilə protokol tərtib edilib və o, cərimə edilib.

Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək bildirir ki, stansiya ərazilərində olan zaman qarşılaşdıqları qanun pozuntuları və digər xoşagəlməz hallar barədə istənilən vaxt Bakı Metropolitenində Polis Şöbəsinə dərhal məlumat versinlər.

Qeyd edək ki, İXM-in 306.4-cü maddəsi üzrə cərimənin məbləği 50 manatdır.

Xəbər 1415 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +