Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


18.07.2018  19:37 

Bu ölkədə mobil internetə icazə verildi





A+  A-

İnternetə qoşulmanın dövlət tərəfindən ciddi tənzimləndiyi Kubada sakinlərə smartfon vasitəsilə internetə daxil olmaq üçün icazə verilib.
XəzərNews.az ICTnews-a istinadən xəbər verir ki, ilk olaraq dövlət mətbuat qurumlarında çalışan jurnalistlər bu imkana yiyələniblər.

Ada dövlətində internetə qoşulma uzun müddət məhdud olub. Yaxın vaxtlaradək kubalılar yalnız dövlət tərəfindən nəzarət olunan saytlara daxil ola bilirdilər, internetə tam çıxış yalnız turistlər üçün mehmanxanalarda əlçatan idi. 2018-ci ilin aprelində Miqel Dias-Kanelin hakimiyyətə gəlişi ilə siyasət dəyişib. O, əvvəllər demişdi ki, azad internet kubalılara iqtisadiyyatı möhkəmləndirməyə və “inqilabı qorumağa” imkan verəcək.

Yerli bazarda inhisarçı olan “ETECSA” telekommunikasiya şirkəti bəzi müştərilərə, əsasən özəl firma və səfirliklərə ötən ilin dekabrında mobil planlar almaq üçün icazə verib. İlin sonunadək “ETECSA”nın bütün müştərilərinin (təxminən 5 milyon nəfər, yəni Kuba əhalisinin təxminən yarısı) mobil internetdən istifadəsi planlaşdırılır.

Bundan başqa, xidmətin qiymətinin baha olması kubalıları narahat edə bilər. “Wi-Fi” nöqtələrinə qoşulma qiyməti 1 saat üçün 1 dollardır, halbuki ölkədə orta əməkhaqqı təxminən 30 dollar təşkil edir.

Xəbər 1702 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +