Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi
İlham Əliyev Ərdoğanla görüşdü
Aktrisa toyda qonaqlarla dava edib
İlham Əliyev Paşinyanla görüşdü


28.06.2019  13:32 

Füzulidə ümumrayon müşavirəsi keçirilib - Fotolar





A+  A-

Horadiz şəhərində yerləşən Muğam Mərkəzinin binasında Füzuli rayonunda İcbari Sığorta haqqında qanunun icra vəziyyətinin gedişi və kənd təsərrüfatı ilə əlaqədar ümumrayon müşavirəsi keçirildi.
XəzərNews.az xəbər verir ki, müşavirədə Füzuli rayon İHBA-nın işçiləri, idarə, müəssisə təşkilat rəhbərləri, məktəb direktorları, bağça müdirləri, hüquq-mühafizə orqanları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək ölkəmizdə uğurla həyata keçirilən sosial layihələrdə Füzuli rayonunun fəal təmsil olunduğunu vurğulayan rayon rəhbəri yanvar ayından etibarən pensiya və müavinətlərin əsaslı surətdə artması, qaçqın və məcburi köçkün statuslu şəxslər üçün vahid aylıq müavinətlərin 60 manata qaldırılması, cənab Prezidentin son sərəncamlarına əsasən əmək haqlarının yüksək faiz göstəriciləri ilə artması bütün təbəqədən olan rayon əhalisinin maddi rifahının yüksəldilməsinə təminat verdiyini bildirdi.

Aqrar sektorun dirçəldilməsinin rayon üçün uğurlu nəticələr verdiyini diqqətə çatdıran rayon rəhbəri bu il füzulililərin 50 tona yaxın barama istehsal etdiklərini bunun isə qısa müddətdə rayon əhalisinə 450000 manat məbləğində qazanc gətirdiyini müşavirə iştirakçılarına çatdırdı. Bu günə qədər rayonda 100000 tondan artıq taxıl istehsal olunduğunu diqqətə çatdıran Alı Alıyev çuğundur və pambıqçılıq kimi kənd təsərrüfatı sahələrinə də böyük maraq göstərildiyini bildirdi. Rayon rəhbəri əldə olunan bütün uğurların dövlətimiz tərəfindən həyata keçirilən düzgün aqrar siyasətin nəticəsi olduğunu qeyd etdi. Alı Alıyev bütün füzulililər adından göstərilən xüsusi diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıq ifadə etdi.

Rayon İcra Hakimiyyəti Başçısının Birinci müavini Bağır Aslanov çıxış edərək bildirdi ki, bütün digər sahələr kimi dövlət sığorta siyasəti də əhalinin rifah halının yüksəldilməsinə xidmət edir. Bu istiqamətdə rayon ərazisində mühüm addımlar atılmasına idarə, müəssisə, təşkilat kollektivlərinin sığortaya cəlb olunması üçün maarifləndirici tədbirlər görülməsinə baxmayaraq hələ də nöqsanların olduğu diqqətə çatdırıldı. Bu barədə lazımi işlərin görülməsi ilə bağlı tapşırıqlar verildi.

Daha sonra Rayon Məşğulluq Mərkəzinin müdiri S.İsmayılov çıxışında son dövrlər əhalinin maddi vəziyyətinin yaxşılaşdırılması və məşğulluğunun təminatı istiqamətində həm ölkə başçımız İlham Əliyevin, həm birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdikləri sosial layihələrin rayonda uğurla reallaşdırıldığını qeyd etdi.

Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Alıyev mövcud nöqsanların aradan qaldırılması, dövlət siyasətinin ciddi məsuliyyətlə yerinə yetirilməsi, vətəndaş-məmur münasibətlərinin daim nəzarətdə saxlanması istiqamətində tövsiyə və tapşırıqlarını verdi.







Xəbər 1514 dəfə oxunub.




16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +