Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


24.04.2020  10:23 

Olkənin taxılla bağlı vəziyyəti açıqlandı





A+  A-

“Bu gün ölkəmizdə təqribən 1,5 milyon ton civarında taxıl ehtiyatının formalaşdırılması üçün həm özəl, həm dövlət sektorunda olan anbar infrastrukturu formalaşdırılıb”.
XəzərNews.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə AzTV- də məlumat verib.

O bildirib ki, bu sahədə iri emal güclərimiz formalaşdırılıb: “Un emalı sənayesi var ki, bunlar da ölkəyə lazım olan ərzağı, buğdanı iri partiyalarla öz idxal mənbələri hesabına müqavilələrlə təmin edirlər. Onlar da iri anbar ehtiyatlarına yerləşdirirlər. İlin əvvəlində vəziyyəti qiymətləndirəndə məlum oldu ki, bizim dövlət olaraq narahatlığımız yoxdur. Çünki anbarda kifayət qədər ehtiyatlarımız var.

Ümumi vəziyyət sabitdir. Mövsüm başlayanda bizim istehsal etdiyimiz ərzaq məhsullarının istehsal göstəriciləri üzrə proqnozlarımızı yüksək gözləyirik. Kartof, tərəvəz məhsulları üzrə istehsal göstəricilərimiz daha da artacaq. Taxılla bağlı da hərilki proqnozların reallaşacağını gözləyirik. Lazım olan ehtiyatlar üçün anbar və emal sənaye infrastrukturumuz formalaşıb”.



Xəbər 1091 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +