Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


19.06.2017  13:09 

Cüdoçularımız Meksikadan “gümüş“lə dönür





A+  A-

Meksikanın Kankun şəhərində keçirilən Qran-pri turniri başa çatıb.
XəzərNews.az xəbər verir ki, yarışda Azərbaycan millisinin qazancı bir gümüş medal olub.

Yığmamıza mükafatı Tural Səfquliyev qazandırıb. 90 kq çəki dərəcəsində yarışan təmsilçimiz Çili, Rumıniya və ABŞ idmançılarına qalib gələrək finala çıxıb. Beynəlxalq turnirin həlledici qarşılaşmasında İspaniya cüdoçusu Nikoloz Şerazadaşviliyə məğlub olan Səfquliyev Qran-pridə 2-ci yeri tutub.

Digər iki cüdoçumuz - Rüfət İsmayılov (90 kq) və Cəlil Şükürov (100 kq) ilk görüşdə rəqiblərinə uduzublar.



Xəbər 1686 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +