Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


02.03.2018  12:32 

Ermənistanın yeni prezidenti seçildi





A+  A-

Ermənistan parlamentində bu gün prezident seçkiləri ilə bağlı səsvermə keçirilib.
XəzərNews.az xəbər verir ki, yeganə namizəd – Ermənistanın Böyük Britaniyadakı səfiri Armen Sarkisyan hakim Ermənistan Respublikası Partiyası tərəfindən, indiki dövlət başçısı Serj Sarkisyanın təklifi ilə irəli sürülüb.

Səsvermədə 101 deputat iştirak edib. A.Sarkisyanın namizədliyini 90 deputat dəstəkləyib, 10-u əleyhinə səs verib. Beləliklə də, Armen Sarkisyan Ermənistanın dördüncü prezidenti seçilib.

Qeyd edək ki, 2015-ci ildə qəbul edilmiş yeni Konstitusiyaya əsasən, Ermənistan 2018-ci ilin aprelindən etibarən parlament idarə üsuluna keçir. Bundan sonra prezident məhdud səlahiyyətlərə malik olacaq, belə ki, ölkəyə rəhbərliyi baş nazir həyata keçirəcək.

Serj Sarkisyanın prezident səlahiyyəti aprelin 9-da başa çatacaq.

Xəbər 1802 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +