“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


01.12.2022  11:49 

Biz bütün maskaların yırtıldığı bir fransız “filmi“nin sonuna gəldik





A+  A-

Vəssalam, biz bundan sonra Fransa liderindən, fransalı parlamentarilərdən bir daha heç vaxt ədalət, insanlıq gözləməməliyik. Çünki bu gün Fransa parlamentinin aşağı palatası sonuncu ümidlərimizi də öldürdü.

Fransa parlamentinin yuxarı palatasının - Senatın ardınca, aşağı palata - Milli Assambleya da Azərbaycana qarşı təxribat xarakterli qətnamə qəbul etdi.

Assambleyanın 256 deputatı qətnamənin lehinə səs verdi.

Maraqlıdır ki, qətnamənin əleyhinə heç olmasa, bircə nəfər də səs verən olmadı.

Əvvəlki qətnamələrin qəbulu zamanı Milli Assambleyanın deputatı Jerom Lambert bir qayda olaraq bu qətnamələrin əleyhinə səs verir, Azərbaycanın mövqeyini müdafiə edirdi. Ancaq bu dəfə isə heç Lambertdən də səs-səmir yoxdur.

Təxribatçı qətnamədə isə eynilə Senatın iki həftə öncə qəbul etdiyi qətnamədəki kimi Azərbaycana qarşı sanksiyaların tətbiqi nəzərdə tutulub və yenə də Azərbaycan "işğalçı" kimi təqdim olunub.

Bütün bunlar onu göstərir ki, artıq Fransa bizim üçün tam şəkildə itirilmiş bir ölkədir.
Soydaşlarımızın srağa gün Parisdə, Milli Assambleyanın binası önündə keçirdiyi etiraz aksiyasının da heç bir faydası olmadı. Fransanın siyasi elitası erməniləri dəstəkləmək siyasətindən əl çəkənə oxşamır.

Senatın və Assambleyanın deputatları özlərini tamamilə Makronun siyasətinə uyğunlaşdıraraq haqqa, ədalətə tüpürmək mövqeyini tutublar.

Odur ki, biz də bundan sonra Fransanı zor-xoş dost ölkəyə çevirmək siyasətindən əl çəkməliyik. Özümüzü aldatmamalıyıq. Fransa son hərəkətləri ilə öz adını birmənalı olaraq bizə düşmən olan ölkələrin siyahısına yazdırdı. Biz də öz siyasətimizə buna uyğun olaraq çəki-düzən verməliyik.

Beləliklə, biz bütün maskaların yırtıldığı bir fransız "filmi"nin sonuna gəldik.

Bəybala Mirzəyev
XəzərNews.az


Xəbər 874 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +