“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


30.11.2022  09:50 

Azərbaycanda ekoturizm marşrutları barədə nə bilirik?





A+  A-

Su resurslarından səmərəli istifadə ekoturizmin inkişafına da dəstəkdir...

Qloballaşan Dünyaya İnteqrasiya İctmai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi” layihəsini həyata keçirir. Bu yazı layihə çərçivəsində təqdim edilir.

Azərbaycanda ekoturizm getdikcə daha cəlbedici və perspektivli turizm istiqamətlərindən birinə çevrilməkdədir. İşğaldan azad edilmiş ərazilərimizin əlverişli təbiəti, zəngin fauna və florası, çay, göl və digər su resursları ölkəmizin ekoturistik baxımdan cəlbediciliyini daha da artırır. Yetər ki, bu resurslar qayğıkeşliklə qorunsun və optimal şəkildə ekoturizmin inkişafı məqsədilə cəmiyyətimizə, yerli və xarici turistlərə təqdim edilsin.

Son dövrlərdə turizmin əsas növlərindən biri olaraq ekoturizmin inkişafına dəstək göstərilməsi Dövlət Turizm Agentliyinin prioritet fəaliyyyət istiqamətlərindəndir.

Agentlikdən saytımıza verilən məlumata görə, ölkəmizin zəngin təbiəti, biomüxtəliflik imkanları, iqlim şəraiti ekoturizmin inkişaf etdirilməsi üçün geniş potensial yaradır. Bu potensialın reallaşdırılması üçün Dövlət Turizm Agentliyinin tabeliyindəki Azərbaycan Turizm Bürosu tərəfindən ilkin olaraq dağ piyada marşrutlarının yaradılması layihəsi icra edilib və dağ cığırları ilə 15 dağ piyada marşrutunun işərələnməsi həyata keçirilib.

Seçilmiş marşrutların çətinlik dərəcəsi asan və orta kimi qiymətləndirilib. Marşrutlar orta fiziki hazırlığa malik və heç bir ciddi fiziki problemi olmayan istənilən adamın istifadəsi üçün uyğundur. Dağ cığırlarının fiziki işarələnməsi ilə yanaşı, bütün marşrutların GPS (Global Positioning System) yazıları, xəritələr və digər lazımi məlumatlar "azerbaijan.travel" vebsaytının müvafiq bölməsində yerləşdirilib.

İşarələnmiş marşrutlar nisbi olaraq Şimal, Şimal-Qərb və Qərb marşrutlarına ayrılır.
Həmçinin Dövlət Turizm Agentliyi tərəfindən 2023-cü ildə cənub turizm koridoru üzrə, o cümlədən Naxçıvan və Qarabağ regionlarında, eləcə də Basqal və Lahıc qoruqları arasında, Gədəbəy və Tovuz rayonlarını əhatə edən dağ piyada marşrutlarının qiymətləndirilməsi və layihələndirilməsi planlaşdırılır.

Bundan başqa, "Beşbarmaq dağı" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu ərazisində, Şirvan, Qızılağac, Hirkan və Ağgöl Milli Parkları, Mahmudçala və Varvara gölləri ətrafına quş müşahidəçiliyi – ornitoloji turizm imkanları mövcuddur. Ekoturizmin cəlbedici növlərindən biri olan ornitoloji turizmin ölkəmizdə inkişaf etdirilməsi və təşviqi Azərbaycan Turizm Bürosunun prioritet istiqamətlerindən biri kimi müəyyənləşdirilib.

İlkin
XəzərNews.az


Xəbər 960 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +