“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


16.11.2018  15:43 

ABŞ Gülənlə bağlı iddiaları inkar etdi





A+  A-

ABŞ administrasiyası jurnalist Camal Xaşoginin qətli ilə bağlı Türkiyə ilə Ər-Riyad arasında yaranan böhranı aradan qaldırmaq üçün Fətullah Güləni Ankaraya ekstradisiya etmək imkanlarını nəzərdən keçirdiyi barədə KİV-in iddialarını inkar edib.
XəzərNews.az Azərtac-a istinadən xəbər verir ki, bu məsələ ilə bağlı Amerika mətbuatında yer alan məlumatları şərh edən Milli Təhlükəsizlik Şurasının nümayəndəsi belə ssenarilərin müzakirə edilmədiyini bildirib.

Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Hezer Nauert brifinqdə çıxış edərkən Vaşinqtonun ekstradisiya məsələsi ilə bağlı Türkiyə hökuməti tərəfindən verilən materialları nəzərdən keçirdiyini deyib.

Ankara Fətullah Gülənin ekstradisiyası üçün Vaşinqtona bir neçə dəfə müraciət edib. Onun sözlərinə görə, belə məsələlərlə Ədliyyə Nazirliyi məşğul olur.

ABŞ-ın Ədliyyə Nazirliyi isə Fətullah Gülənin ekstradisiyası ilə bağlı şərh verməkdən boyun qaçırıb.

Xatırladaq ki, Ankara Fətullah Güləni 2016-cı il iyulun 15-də Türkiyədə baş verən dövlət çevrilişinə cəhddə təqsirləndirir və onun ekstradisiyasında təkid edir.

Xəbər 1728 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +