Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir


15.11.2018  15:23 

Azərbaycanın Ukraynadakı səfiri ilə bağlı prezidentə müraciət olundu - FOTO





A+  A-

Azərbaycanın Ukraynadakı sabiq səfiri Tələt Əliyev bu ölkənin prezidenti Petro Poroşenkoya müraciət edib.
XəzərNews.az bildirir ki, Missiya.Az-ın əldə etdiyi məlumata görə, T.Əliyevin Ukrayna prezidentinə məktub göndərməsinə səbəb bu ölkədəki Azərbaycan diasporunun fəalları ilə hazırkı səfiri Azər Xudiyev arasında son dövrlər yaşanan gərginlikdir.

T.Əliyev məktubunun əvvəlində səfir olduğu müddətdə Ukrayna ilə Azərbaycan arasında əlaqələrin genişləndirilməsi, dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində gördüyü işlərdən söz açaraq, hazırda səfir Azər Xudiyevin şikayəti əsasında açılmış cinayət işinin istintaqına cəlb olunması faktına diqqət yönəldib.

Xatırladaq ki, səfir A.Xudiyev 2007-2009-cu illərdə (T.Əliyevin səfir olduğu illər – Red.) səfirliyin binasında aparılmış təmir zamanı yeyintiyə yol veridiyini iddia edir. Onun rəsmi şikayəti əsasında cinayət işi açılıb və məhkəmənin qərarı ilə sabiq səfir T.Əliyevin evində axtarış aparılıb. Sabiq səfir iddiaları qəbul etmir və bildirir ki, səfir postunda çalışarkən A.Xudiyev onun tabeçiliyində işləyib və vəzifələrinin öhdəsindən gələ bilmədiyinə görə barəsində Azərbaycan Xarici İşlər Nazirliyinə rəsmi şəkildə məlumat verib. T.Əliyev hesab edir ki, A.Xudiyev indi ondan qisas almağa çalışır.




Xəbər 2229 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +