Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir


20.02.2017  18:12 

İşləməyən köçkünlərin “əməkhaqları“ kəsildi





A+  A-

Əvvəllər büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərə verilən əmək haqqının ödənilməsi 2017-ci ilin əvvəlindən dayandırılıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşlər üzrə Dövlət Komitəsi işləməyən köçkünlərə həmin vəsaitin ödənilməsinin dayandırılması məsələsinə aydınlıq gətirib.

XəzərNews.az-ın məlumatına görə, qurumun mətbuat xidmətinin rəhbəri Elçin Qədimov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerindən məhrum olmuş, yaşadıqları rayonların ərazisi işğal olunduqdan sonra işləməyən və pensiya yaşına çatmayan məcburi köçkünlərin əmək haqlarının saxlanması müvafiq qərarla tənzimlənirdi:
“Qərarın icrası 1994-cu ilin may ayından indiyə qədər hər il uzadılırdı. Nazirlər Kabineti tərəfindən verilən həmin qərarın icra müddəti sonuncu dəfə 2017-ci il yanvarın 1-nə qədər uzadılmışdı. Qərarın icra müddətinin yenidən uzadılıb-uzadılmayacağı isə Nazirlər Kabinetinin səlahiyyətində olan məsələdir. Konkret olaraq bu il hansı qərar veriləcəyinə dair hələ ki məlumat yoxdur”.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Modern.az-a məsələnin araşdırılacağı və ictimaiyyətə məlumat veriləcəyi bildirilib.

Qeyd edək ki, “Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 181 nömrəli qərarının 2-ci hissəsinin müddəti hər il uzadılırdı. Bu il isə müvafiq qərar verilməyib.

Xəbər 2963 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +