Ərə verilən 14 yaşlı qız danışdı - Açıqlama
Mahmud Şərifov saxlanılıb - Dələduzluğa görə...
Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı - Siyahı
Rəşad Dağlı amnistiyaya düşəcək?
Naxçıvanda 85 nəfər məsuliyyətə cəlb edilib
SOCAR-ın maliyyə hesabatındakı bəzi qeydlər niyə yığışdırlıb?
Təsadüfün qazandırdığı yarım milyon dollar
Cəmil Həsənli yenə DTX-ya çağırılıb
Bu halda: 66 nəfər həlak olub, 84 nəfər xəsarət alıb
Bu vərəsələrə müavinət ödəniləcək


19.05.2017  09:22 

İran xalqı bu gün yeni prezident seçir





A+  A-

Bu gün - mayın 19-da İranda növbəti prezident seçkiləri keçirilir.
XəzərNews.az-ın məlumatına görə, İran xalqı öz seçimini edərək, növbəti 4 il üçün prezidentini seçəcək.

Seçkidə siyasi mübarizə 4 nəfər namizəd arasında gedir. Bunlar indiki prezident və namizəd Həsən Ruhani, İbrahim Rəisi, Mustafa Mirsəlim və Mustafa Haşimi Tabadır.

Yerli mətbuat əsas mübarizənin H.Ruhani ilə İran mühafizəkarlarının dəstəklədiyi İ.Rəisi arasında olacağını bildirir.

Saat 8:00-dan başlayaraq İran xalqı 64 min seçki məntəqəsində ölkənin yeni prezidentini seçəcək. Səsvermədə 56 milyon seçicinin içtirakı gözlənilir.

İranın seçki qanunvericiliyinə əsasən, namizədlər seçicilərin 50 faizinin səsini toplaya bilməlidir. Əks təqdirdə, bir həftə sonra ən çox səs toplamış iki namizədin iştirakı ilə təkrar seçkilər keçiriləcək.

Xəbər 3031 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +