Daha bir azərbaycanlı müharibədə həlak oldu
Oğul atasına səkkiz bıçaq zərbəsi endirdi
İlham Əliyev və birinci xanım Patriarxı Kirill ilə görüşüblər
Bakıdan Varşavaya uçan təyyarə təcili geri qayıtdı
Cəhənnəmdə yanmağımızı istəyirlər - Azərbaycanlı reper
Anar Kərimov uzun fasilədən sonra göründü - Foto
Ekspert imtahan dəyişikliklərini tənqid etdi
Mən Rusiya agentinə aşiq oldum - Ukraynalı xanım
Tələbə qəbulu ilə bağlı dəyişikliklər necə olacaq?
Xəzərdə bir narkotik qaçaqmalçısı öldürüldü


24.01.2021  15:37 

İraqda 340 nəfər edam olunacaq





A+  A-

İraq Prezidenti Administrasiyasında terror aktları və qətllər törətdiyinə görə ölüm cəzasına məhkum olunmuş 340 nəfərin edam olunması qaydası təsdiq edilib.
XəzərNews.az İraqın rəsmi informasiya agentliyinə istinadən bildirir ki, qərar bütün konstitusion və hüquqi aspektlərin araşdırılmasından və bütün şikayət vasitələrinin tükənməsindən sonra qəbul edilib.

Qeyd olunub ki, bu şəxslərin cəzalandırılması yanvarın 21-də Bağdadda törədilmiş və nəticədə 32 nəfərin həlak olduğu, 110 nəfərin yaralandığı terror aktından sonra bu təsdiq edilib.

DEAŞ terror təşkilatı ilə bağlı şəxslər İraqda “Terrorçuluğa qarşı mübarizə haqqında” qanunun 4-cü maddəsinə uyğun olaraq təqib olunurlar. Bu qanun faktiki olaraq terror aktları həyata keçirən və ya onların təşkilatında iştirak edən hər kəs üçün ölüm cəzası nəzərdə tutur.

İraq Konstitusiyasına görə, ölüm hökmünün icrası Prezidentin təsdiqindən sonra həyata keçirilir.

Qeyd edək ki, yanvarın 21-də Bağdadda kamikadzenin iştirakı ilə törədilmiş terror aktı nəticəsində 32 nəfər həlak olub, 110 nəfər yaralanıb. Terror aktına görə məsuliyyəti DEAŞ terror təşkilatı öz üzərinə götürüb.

Xəbər 1964 dəfə oxunub.




02.05.2025  13:53 

Krıma dron hücumu - Foto

02.05.2025  11:41 

Baş nazir yeni qərar imzaladı


BÜTÜN XƏBƏRLƏR +