Atəşkəsə nail olmaq üçün... - Peskov açıqladı
Gələn ay 13 gün iş olmayacaq
İmtahanların doğru cavabları açıqlandı
Sabah Bakıda yağış yağacaq
Rusiya Mərkəzi Asiyanı Avropa İttifaqından necə uzaqlaşdırır?
DTX-dən xüsusi əməliyyat: Terrorçu ələ keçirildi
Azərbaycanlı gənc ABŞ-də nüfuzlu vəzifəyə gətirildi
Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər


06.06.2018  11:37 

“Facebook”un adı daha bir qalmaqalda HALLANIR





A+  A-

Tanınmış sosial şəbəkə “Facebook” bu dəfə də istifadəçilərin şəxsi məlumatlarını digər şirkətlərə ötürməklə diqqət mərkəzinə gəlib.
XəzərNews.az “The New York Times” qəzetinə istinadən xəbər verir ki, sosial nəhəng 60-a yaxın şirkətlə bu mövzuda müqavilə bağlayıb.

Telefon istehsalçıları ilə bağlanmış müqavilə həmin şirkətlərə istifadəçilərin şəxsi məlumatlarına tam giriş təmin edir.

Yeni qalmaqala səbəb Mark Zukerberqin Çin şirkətləri ilə bağladığı müqaviləyə görə ABŞ Konqresi qarşısında cavab verməsi olub.

Facebookun “Huawei” və “ZTE” kimi Çinin nəhəng telefon istehsalçıları ilə bağladığı analoji müqavilə ABŞ rəsmilərinin xoşuna gəlməyib. Hətta buna görə Zukerberq Konqres üzlərini bu kimi şirkətlərlə müqaviləni ləğv edəcəyi haqda inandırmağa məcbur olub.

Beləliklə, bu xəbərdən sonra bu kimi telefon istifadəçilərinin analoji proqram təminatı problemlərlə üzləşəcəyi gözlənilir.

ABŞ tərəfinin belə bir iddiası Çinin telefon istehsalçılarının həmin ölkənin kəşfiyyat orqanları ilə sıx əlaqədə olduğu barədə məlumatdır.

Qəzetin mart ayında verdiyi xəbərdə isə ABŞ hökumətinin Çin istehsalı avadanlıqlardan istifadə etdiklərinə görə mobil operatorları və internet provayderləri subsidiyaların verilməsinə yenidən baxacağı bildirilirdi.

ABŞ hökuməti bu şirkətlərin istehsalı olan avadanlıqlarda istifadəçilərin məlumatlarının oğurlanması üçün kəşfiyyat proqramlarının olmasını iddia edir.

Qeyd edək ki, Facebook bundan əvvəl “The New York Times”ın şəbəkənin istifadəçilərin şəxsi məlumatlarını Cambridge Analytica şirkətinə ötürməsi haqda xəbərdən sonra diqqət mərkəzinə gəlib. Həmin vaxt təqribən 87 milyon istifadəçinin məlumatlarının ötürülməsindən söhbət gedib.

Xəbər 1302 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

12.05.2025  13:00 

Gələn ay 13 gün iş olmayacaq

12.05.2025  12:54 

Sabah Bakıda yağış yağacaq

12.05.2025  11:41 

PKK ləğv olundu


BÜTÜN XƏBƏRLƏR +