“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


11.11.2023  23:04 

Bərdə rayonu İmirli kəndində Folklor və etnoqrafik sərgi keçirilib





A+  A-

Qərbi Azərbaycan Dərələyəz (Keşkənd) İcamsının təşkilatçılığı ilə Bərdə rayonun İmirli kəndində Folklor və etnoqrafiq sərgi keçirilib.

Bu barədə İcma rəhbəri professor Mahirə Nağıqızı Media1.az-a məlumat verib.

O, bildirib ki,Qərbi Azərbaycanın ən böyük ərazilərindən olan Dərləyəz mahalı zəngin folklor və etnoqrafik mədəniyyətə malikdir. Oğuz türk mədəniyyətinin ən vacib tərkib hissəsi olan Qərbi Azərbaycan Dərələyəz mədəniyyəti səciyyəvi xüsusiyyətlərə malik bir mədəniyyətdir. Bu mədəniyyətin ən vacib elementlərindən bir folklordursa digəri isə etnoqrafiyadır. Bu mənada Bərdə rayonunun İmirli kəndi təsadüfə seçilməyib. 1948-1953-cü illərdə Dərləyəz mahlından deportasiya edilmiş Çivə kəndinin əksəriyyəti Sallı, Qozulca kəndləri və Göyçə mahalının Mollalı kəndinin isə bir hissəsi burada məskunlaşmışdır. İcma üzvləri Möhübbət Səmədoğlu, Səməd Vəkilov, Namiq Məmmədov və Leyla Calalova belə bir sərginin keçirilməsi ideyası ilə çıxış etdilər mən də icma rəhbəri kimi dəstəklədim. Və nəhayət 10 noyabrda Bərdə rayonunda İmirli kəndində Qərbi Azərbaycan Dərləyəz mahalı, Folklor və etnoqrafiq sərgisi baş tutdu.

Professor M.Nağıqızı sərgi haqqında yüksək təsüratlarını bildirib. O, bildirb ki, sərgidə İmirli kənd Yallı qrupunun hazırladığı yallı rəqsləri, Dərələyəz mahalının Çivə, Sallı, Qozulca kəndlərindən vaxtı ilə gətirilmiş məişət əşyaları, qədim xalça nümunələri həmçinin Dərələyəz mətbəxini əks elətdirən yeməklər Qərbi Azərbaycan qeyri-maddi mədəni irsinin mühafizə edilməsinin ən gözəl nümunəsidir.

M.Nağıqızı sonra onu da bildirb ki, bu sərgi əsasında gələcəkdə muzey yaradılması ideyası da maraq doğurur.












Xəbər 1265 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +