“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


17.11.2022  11:34 

Yaşayış binasında partlayışın səbəbi açıqlandı





A+  A-

Xırdalan şəhəri, “AAAF Park” Yaşayış Kompleksindəki binalardan birinin ikinci mərtəbəsində baş vermiş partlayışla bağlı “Azəriqaz” İstehsalat Birliyi rəsmi açıqlama yayıb.

XəzərNews.az xəbər verir ki, birliyin mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev Oxu.az-a açıqlamasında qeyd edib ki, partlayışa səbəb sözügedən binada yaşayan sakinin mənzilinin texniki şərtində etdiyi dəyişikliklər olub:

“İlkin məlumata görə, vətəndaş fərdi yaşayış evində mətbəxi eyvana köçürməklə texniki dəyişiklik edib. Bilirsiniz ki, texniki şərtdən kənara çıxırsınızsa, bu, kustar üsulla, qeyri-qanuni həyata keçirilir. Çox təəssüf ki, bu addımın səbəbi belə neqativ hala gətirib çıxır.
Bu hallar baş verməsin deyə hər kəsə müraciət edirik ki, texniki şərtdən kənara çıxmaq, qazla bağlı texniki şərtləri pozmaq olmaz. Çünki bu zaman quraşdırılan istilik cihazları müxtəlif parametrlərə uyğun təşkil edilir. Siz bu dəyişiklikləri edəndə normaları nəzərdən qaçırdığınız üçün bu kimi hallar baş verir”.

“Azəriqaz” sözçüsü onu da qeyd edib ki, qaz digər kommunal xidmətlərdən daha təhlükəli nəticələrə gətirib çıxara bilir.

Xəbər 943 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +