“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


01.11.2018  09:26 

“Zamirənin bədxərcliyinin əziyyətini bütün xalq çəkir” - Rza İbadov





A+  A-

“Bəlkə də inanmazsınız. Nə qədər insan buna görə mənə zəng edir. Dünən də bahalı iti ilə evdən çıxarkən şəkli çəkilib və mediada yayımlanıb. Bir ingilis dostum mənə zəng etdi ki, sizin həmyerliniz ən bahalı alış-veriş mərkəzi olan “Harrods” univermağında 16 milyon funt sterlinq xərcləyib”.
XəzərNews.az xəbər verir ki, bunu Londonda yaşayan keçmiş millət vəkili Rza İbadov Modern.az-a müsahibəsində deyib. Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyevanın bahalı həyatı haqda İngiltərə mediasında yazılanlara münasibət bildirən R. Ibadov deyib ki, əslində Londonda vəkillər məsələni uzadıblar: “Guya ki, pulları halal yolla qazandığı araşdırılacaq. Hamımız bilirik ki, bu pullar halal yolla qazanılmayıb. Zamirə Hacıyevanın bədxərcliyinin əziyyətini bütün Azərbaycan xalqı çəkir. Təqaüdçülər, müəllimlər çəkir. Azərbaycan iqtisadiyyatına ən böyük zərbəni Beynəlxalq Bankın rəhbərliyi etdi, neftin pullarını havaya sovurdular, devalyasiyaya səbəb də bu cür hallar oldu. İngiltərədə o cür hallara çox pis baxırlar. Zamirə Hacıyevanın alış-veriş etdiyi dükana yaxın yerdə yaşayıram. Başqa yerdə satılan əşyalar 5 funtdursa, orada 15 funtdur. Orada qiymətlər çox yüksəkdir”.

Xəbər 1661 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +