“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


26.06.2018  16:11 

Ermənistan Qarabağda 18 İTKİ VERDİ





A+  A-

Bu ilin 1-31 may tarixində Ermənistan ordusunun 7 əsgəri qeyri-döyüş şəraitində ölüb.
XəzərNews.az bildirir ki, bu barədə “in.am” saytının yayımladığı statistikada deyilir.

Məlumata görə, bu ilin yanvar ayında işğalçı ölkənin ordusu 5 itki verib. Onlardan 4-ü qeyri-döyüş şəraitində qeydə alınıb. Fevralda 2, martda da 2 itki olub. Apreldə atəşkəsi pozan 2 erməni əsgəri məhv edilib. Mayda isə qeyri-döyüş şəraitində 7 erməni əsgər ölüb. Bu statistika ictimaiyyətə məlum olan rəsmi məlumatlardır. Ehtimallara görə, bir çox itkilər gizlədilir. Lakin təkcə rəsmi statistikaya görə, cari ilin 5 ayı ərzində düşmən ordusu 18 itki verib.

Erməni şərhçi Sarqis Artsruni yazır ki, bu, həyəcanlı statistikadır.

Onun sözlərinə görə, Ermənistanda ordu ətçəkən funksiyasını yerinə yetirir: “Maraqlıdır ki, 7 itkinin qeydə alındığı may ayında Ermənistanda hakimiyyət dəyişikliyi olub. İtkilərin əksəriyyəti Qarabağda, ön cəbhədə qeydə alınıb. Qeyri-döyüş şəraitində baş verən itkilər əsasən qətl və intiharla olur. Bu günlərdə orduda general Manvel Qriqoryan tərəfindən mənimsəmə halları ortaya çıxdı. O cümlədən, generallar Mikayel Artünyan və Yuri Xaçaturovun, eləcə də digər yüksək vəzifəli hərbiçilərin də mənimsədikləri haqda məlumatlar yayılır. Lakin bunlar köhnə sistemdən qalmalardır və baş verənlər ordudakı problemlərin başa çatmadığını göstərir”.

Xəbər 1242 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +