Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi
İlham Əliyev Ərdoğanla görüşdü
Aktrisa toyda qonaqlarla dava edib
İlham Əliyev Paşinyanla görüşdü


15.05.2020  17:09 

Elçin Quliyevin müavini məhkəmə önünə çıxarıldı





A+  A-

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin müavini, general Əfqan Nağıyev və 4 vəzifəli şəxs hazırda Binəqədi rayon məhkəməsindədir.
XəzərNews.az-ın verdiyi xəbərə görə, Korrupsiya qarşı mübarizə baş idarəsinin istintaqı tərəfindən onlar barəsində həbs qətimkan tədbiri seçilməsi üçün verilən təqdimatlara baxılır.

Ə. Nağıyevdən başqa Sahil Mühafizə Xidmətinin Şimal, Cənub, Mərkəz regional idarələrinin və Pirallahı məntəqəsinin rəisi də saxlanılıb.

General Ə. Nağıyev özünü təqsirli bilməsə də, iki regional idarə rəisi etiraf edərək rüşvəti alaraq ona verdiklərini bildiriblər. Araşdırmanın yekununda onlara Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3-cü (mütəşəkkil dəstə tərəfindən rüşvət alma) maddələri ilə ittiham elan olunub.

Qeyd edək ki, Ə. Nağıyev və 4 vəzifəli şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Xəbər 1858 dəfə oxunub.




16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +