Sabahın havası: Həm yağış, həm də isti olacaq
ABŞ hərbçilərini daşıyan avtobus qəzaya uğrayıb
AAAF Parkda yolu bağlayıb, mağaza tikdilər
Dövlət Tural Abbaslının maliyyəsini kəsdi
Ukrayna PUA-larla Moskvanı vurmağa başladı
İqtisadiyyat naziri təyin edildi
Meriya bir gündə üç tenderi eyni şirkətə verib
Milyonluq tenderlərin qalibi - “VNM Servis”
Gecə yağışı... - Bu əraziləri su basdı - Video
Britaniya Rusiyanın hücumuna hazırlaşır


21.02.2025  12:59 

“İstanbul NS” klinikasına cərimə yazıldı





A+  A-

Məşhur “İstanbul NS” klinikası ilə bağlı cərimə protokolu imzalanıb.

XəzərNews.az Tribunainfo.az-a istinadən xəbər verir ki, klinika İnibati Xətalar Məcəlləsinin 347-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

Klinika ilə bağlı işə 27 fevral tarixində Nərimanov rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, nizamnamə kapitalı 10 AZN olan İstanbul NS Klinikasının qanuni təmsilçisi Azər Nəsirov Qənbər Oğludur.

Yeri gəlmişkən onu da bildirək ki, əxlaqsızlığın təbliğinə görə hüquq-mühafizə orqanları tərəfindən yayımı dayandırılan TikTok platformasında yayımlanan və aparıcısı Azər Zahid olan “Təkərdə” verilişinin əsas sponsorlarından biri “İstanbul NS” idi.

Xəbər 1418 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +