“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


20.10.2017  15:54 

“Azərbaycanı Avropa Şurasından məhrum etmək istəyirlər“ - DADP sədri





A+  A-

Azərbaycanın Avropa Şurası Parlament Assamleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun Avropa Şurası tərəfindən ölkəmizə qarşı gizli və açıq təzyiqləri ilə bağlı dilə gətirdiyi fikirlər ölkəmiz üçün olduqca önəmli məsələdir. Nümayəndə heyətimizin rəhbərinin bu fikirləri növbətçi sözlər, şablon fikirlər deyil”.
XəzərNews.az xəbər verir ki, bu fikirlərlə Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov çıxış edib.
Partiya sədri Səməd Seyidovun dediklərinə haqq qazandırıb: “Səməd Seyidov haqlı olaraq qeyd edir ki, Avropa Şurasının özündə gedən proseslər onu deməyə əsas verir ki, bu qurum problemlərini həll etmək əvəzinə hansısa ölkələri hədəfə gətirir. Təəssüflər olsun ki, Azərbaycana qarşı qəbul olunan qətnamənin müzakirəsi zamanı iclaslara gəlməyən şəxslər belə bu dəfə toplantıya qatılmışdı. Avropa Şurası Azərbaycan üçün vacib qurumdur, vacib tribunadır. Bu məkandan Azərbaycanı məhrum etmək istəyirlər. Heç bir dövlət bu cür qərəzli münasibətə dözə bilməz. Təzyiqlər həddindən artıq böyükdür, bu təzyiqlər Azərbaycanın apardığı uğurlu siyasətə qarşıdır”.
Ə. Hüseynov bu tip təzyiqlərin qarşısının alınmasında birləşməkdə görür: “Bəli, hər şey aydındır. Azərbaycanı vurub sıradan çıxarmaq və Avropa Şurası kimi olduqca gərəkli tribunadan məhrum etmək anti-Azərbaycançı qüvvələrin başlıca məqsədinə çevrilib. Lakin biz buna heç cürə yol verməməliyik. İqtidarlı, müxalifətli birləşib Azərbaycana qarşı uzanan məkrli əlləri birlikdə kəsməliyik!”.

Xəbər 2175 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +