Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq
ABŞ hərbçilərini daşıyan avtobus qəzaya uğrayıb


06.06.2023  11:46 

Pul, vəzifə, klan, tender, güc və layihə davası gedir... - Azərbaycanda





A+  A-

Təəssüf ki, bu gün ölkədə bütün məmurların başı pul qazanmağa qarışıb. Pul, vəzifə, klan, tender, güc və layihə davası gedir.

Dostumuz Ceyhun bir müddət əvvəl problemi, valideynlərinin ona qarşı etdiyi ədalətsizliklər haqqında yazmışdı. Görünür, heç bir aidiyyatı qurum ona reaksiya verməyib. İndi o, intihar edəcəyini yazandan sonra müdaxilə olunub. Lap yaxşı. Amma bu ölkədə ədalətin üzünə tüpürmüsünüz. Fakt budur ki, bu ölkədə jurnalistlərin sahibi yoxdur. Jurnalist ölə də bilər, şərlənə də bilər, haqqı əlindən alına da bilər. Mən başa düşürəm, əsl məqsədiniz bu ölkədə ləyaqətli kişiləri sındırmaqdır.

Qız atalarını bu cür çıxılmaz duruma salanlara ar olsun!

Mən başqa jurnalistlər kimi hay-şüvə salan deyiləm, amma parkda 5-6 nəfər üstümüzə hücum çəkir, heç kəsə deyə bilmirik. Maşınlarımızın təkələrini partladırlar, susuruq.

Hara gediriksə, orda izləyirlər, yazmırıq.

Kimə deyək dərdimizi?

Niyə bu ölkədə döyüləsi bircə qapı qoymamısınız?

Bu ölkədə bircə məmur yoxdur ki, nazirə, yaxud məhkəmə sədrinə zəng edib Ceyhunla bağlı ədalətsizliyi aradan qaldırsın?!

İndiyə qədər bu ölkədə məhkəmələrin ədalətsiz qərarları ucbatından nə qədər insan intihar edib?!

İndi Ceyhunun intihar edəcəyi ilə bağlı çağırışına "təəssüflənmək" çox asandır. Bütün günü şəkil çəkdiririsiniz, o tədbir sənin, bu tədbir mənim.

Ədəbiniz olsun!

Sizin başqa işiniz-gücünüz yoxdur?

Nə qədər cır-cındır varsa, hamısını "media kapitanı" eləmisiniz.

Medianın problemləri ilə məşğul olun da... Bir il də axtarsanız, o dəstək verdiyiniz jurnalistlər arasında Ceyhun kimi normal insan tapa bilməyəcəksiniz. Hansı qurumlar media ilə işləyirsə, canı çıxsın, bu probemi həll etsin.

Samir Feyruzov

Xəbər 1395 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +