“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


24.09.2019  11:19 

52 min insana şad xəbər - Əmanətiniz geri qaytarılacaq





A+  A-

“Gələn aydan etibarən müflis elan olunan banklarda 10 min dollar və ya 17 min manatdan çox olmayan sığortalanmayan əmanətləri olan vətəndaşlar pullarını geri ala biləcəklər”
XəzərNews.az xəbər verir ki, iqtisadçı ekspert Vüqar Bayramov yazıb. O qeyd edib ki, müflis olan bankda vətəndaşımızın qorunmayan əmanəti olubsa və onun məbləği 10 min dollardan çox deyilsə, o zaman həmin vəsait qaytarılacaq: “Belə ki, Əmanətləri Sığortalaması Fondu Bakı Apellyasiya Məhkəməsinə müraciət edib və ödənişə icazə verilməsini istəyib.

Qanunvericiliyə əsasən, ödəniş məsələsində 7-ci növbədə olan qorunmayan əmanət sahiblərinin 1-ci növbəyə keçirilməsinə icazə verilib. Qeyd edək ki, indiyədək qorunan əmanətlər ödənilirdi. İlkin qiymətləndirmələrə görə, 52 min əmanətçinin qorunmayan əmanəti geri qaytarılacaq.

Müflisləşən banklarda qorunan əmanətlərin qaytarılması həyata keçirilirdi və sığortalanmayan depozitlər ödənilmirdi. Halbuki bank həmin vəsaitdən istifadə edib gəlir əldə etmişdi. Amma vətəndaş pulu geri ala bilmirdi. Yeni razılaşmaya əsasən, müflis elan olunan bankalarda ümumi məbləği 10 min dollardan çox olmayan qorunmayan depozitlər Əmanətləri Sığortalaması Fondu tərəfindən geri qaytarılacaq. Bu o deməkdir ki, əgər sizin müflis elan olunan banklarda 10 min dollardan az qorunmayan əmanətiniz olubsa o zaman gələn aydan onu əldə etmək imkanınız olacaq”.

Xəbər 1506 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +