“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


25.07.2019  19:48 

“Bütün Gürcüstanı işğal etmək lazım idi” - Jirinovski





A+  A-

“Bütün Gürcüstanı işğal etmək lazım idi”.
XəzərNews.az xəbər verir ki, bunu Rusiya Liberal Demokrat Partiyasının (RLDP) rəhbəri Vladimir Jirinovski Tsarqrad telekanalının Moskva ilə Tbilisi arasındakı vəziyyətlə bağlı sualını cavablandırarkən deyib:

“Bütün Gürcüstanı işağl etmək lazım idi. Saakaşvilini həbs etmək, müharibənin başlanmasına görə onu mühakimə etmək və Qiorqadzeni (Gürcüstanın keçmiş dövlət təhlükəsizliyi naziri, Saakaşvili rejimi ilə mübarizə aparan “Ədalət” partiyasının üzvü) hakimiyyətə gətirmək lazım idi”.

Jirinovski daha əvvəl də çox sayda rus əsgərlərinin öldürüldüyünü xatırladıb:

“Gürcüstan. Orada bizim ordumuz var idi. Niyə çıxardılar? Hələ müharibəyə kimi 100 hərbçimizi öldürmüşdülər. Təkcə Tsxinvalidəki sülhməramlıları deyil, Abxaziyadakıları da öldürdülər. Ərazidə hansısa düşərgələr yaradılırdı, orada Abxaziyanı müdafiə edə biləcək adamlara təlim keçirdilər. 100 insan”.

Partiya sədri müharibə başlayacağı təqdirdə ataılacaq addımlardan da danışıb:

“Gürcüstan dinc rejimdə ola bilərdi. Bizə sakit sərhədlər lazımdı. Müharibə başlayacaqsa, onu sərt şəkildə dayandırmağa məcburuq. Heç kim ölkəmizi aşağılamağa cəhd etməsin”.

Xəbər 1646 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +