“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


25.03.2024  11:45 

Araz Ağalarovdan yeni açıqlama





A+  A-

"Crocus Group"un prezidenti Araz Ağalarov bildirib ki, şirkət Rusiyada bina və digər obyektlərin tikintisi üzrə fəaliyyətini davam etdirmək niyyətindədir.

Xəzərnews.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Terrorçuların məqsədi məhv etməkdir. Bizim missiyamız yaradıcılıqdır. Terror qurbanlarını yad edərək, işimizi davam etdirəcəyik", deyə Araz Ağalarov bildirib.

O vurğulayıb ki, şirkət faciənin nəticələrinin öhdəsindən gələcək, insanlara və ölkəyə xidmət edən obyektlər yaratmağa davam edəcək.

Bundan əvvəl məlum olub ki, terror aktının baş verdiyi "Crocus City Hall"ın bərpası planlaşdırılıb. Bu barədə Krasnoqorskdakı konsert zalının sahibi olan "Crocus International"ın mətbuat xidməti məlumat yayıb.

Martın 22-də Moskva "Crocus City Hall" konsert zalında terror aktı baş verib. Hadisə nəticəsində 137 nəfər ölüb, 180 nəfər yaralanıb./Qaynarinfo

Xəbər 1404 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +