“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


29.03.2024  13:42 

Məhəmməd Peyğəmbər Ramazanın son 10 gününü necə keçirərdi?





A+  A-

“Ramazanın son 10 günündə Peyğəmbər (s) gecələr oyaq qalar, özünü bütövlükdə ibadətə həsr edər, Allaha daha çox dua edərdi”.

Xəzərnews.az Yenisabah.az-a istinadla xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, İlahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov bildirib.

Millət vəkili Məhəmməd peyğəmbərin (s) Ramazanın son 10 gününü necə keçirdiyini açıqlayıb:

“Bu barədə hədislərin birində qeyd olunur: “Ramazan ayının son on günündə Rəsulullah (s) gecələri oyaq qalar, ev əhlini yuxudan oyadar, özünü tamamilə ibadətə həsr edərdi.” (Buxari, Müslim).

Əziz müsəlman bacı və qardaşlar! Çalışaq Ramazanın son 10 gününün feyz və bərəkətindən yararlanaq, Allaha özümüz və dövlətimiz üçün daha çox dua edək. Allah bütün oruc və duaları qəbul etsin, dövlətimizi, xalqımızı qorusun, şəhidlərimizə rəhmət eləsin, yaralı qazilərimizə şəfa versin!”



Xəbər 56194 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +