AAYDA-nın vəzifəli şəxsi içkili halda saxlanılıb
Zəngəzur dəhlizi TRIPP adlanacaq?
Qazi Siyəzən Mərkəzi Xəstəxanasından şikayət etdi
Tovuzda 54 ədəd saxta araq aşkar edilib
“Oğluma 100 minlik saat almışdım”- Akif Həsənov
“Azəriqaz”ın xanım əməkdaşına hücum edən şəxs həbs olundu
Putin sülh danışıqlarına hazırdır - Tramp
Silahlı şəxs McDonald`sı ələ keçirdi
Almaniya Ukraynadan gələn qaçqınlara yardımı kəsir
Avtoyuma məntəqəsindən maşın oğurlandı


17.03.2023  20:26 

İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib





A+  A-

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

XəzərNews.az xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli həmvətənlər!

Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə bahar əhval ruhiyyəsi, cansağlığı və gələcək işlərinizdə nailiyyətlər arzulayıram.

Azərbaycan torpağında çox qədim kökləri olan Novruz bayramı əcdadlarımızın indiki nəsillərə müqəddəs yadigarıdır. Zamanın bütün sınaqlarından çıxaraq əsrlərin yaddaşında silinməz izlər qoyan bu el bayramı uzaq dövrlərdən bəri xalqımızın mənəvi dünyasının dərinliklərinə nüfuz etmiş, ənənəvi dəyərlərimizin təşəkkülündə mühüm rol oynamışdır. Ulu babalarımızın zəngin daxili aləmi, müdrik həyat fəlsəfəsi və gələcəklə bağlı işıqlı arzuları bahar bayramında dolğun təcəssümünü tapmışdır.

Ülvi bəşəri hisslərin daşıyıcısına çevrilən, yeniləşdirici gücə malik Novruz bayramı bu gün də insanlar arasında səmimi münasibətlərə yol açaraq dostluq, mərhəmət və xeyirxahlıq duyğularını möhkəmləndirir, cəmiyyətimizin vahid məfkurə ətrafında inkişafının ahəngdarlığını təmin edir. Milli varlığımızın ayrılmaz parçası saydığımız və yad təsirlərdən qoruduğumuz Novruz ənənələri mənəvi sərvətlərimizə hörmətlə yanaşmağımızın yüksək ifadəsi, eyni zamanda bəşər mədəniyyəti xəzinəsinə qiymətli töhfəmizdir.

Xatirəsini daim minnətdarlıqla andığımız şəhidlərimizin öz canları, qanları bahasına azadlıq bəxş etdikləri əzəli torpaqlarımızda gerçəkləşdirilən irimiqyaslı layihələr, geniş vüsət alan quruculuq işləri və əhalimizin doğma yurdlara qayıdışı ilə yenidən canlanan həyat yaz fəslinin Odlar diyarına builki gəlişinə xüsusi ab-hava qatır və rəmzi məna qazandırır.

Ölkəmizin hüdudlarından uzaqlarda yaşayan, qəlbi vətən sevgisi ilə döyünən və baharı bizimlə birgə qarşılayan soydaşlarımıza bayram salamlarımı yetirirəm.

Bu əlamətdar bayramın hər evə, hər ocağa yeni sevinc, bol ruzi-bərəkət və firavanlıq gətirməsini arzu edirəm.

Novruz bayramınız mübarək olsun!”

Xəbər 2870 dəfə oxunub.




07.08.2025  15:48 

Zəngəzur dəhlizi TRIPP adlanacaq?

07.08.2025  13:20 

41 dərəcə isti olacaq

07.08.2025  11:27 

Pomidorla dolu “Qazel” aşdı

07.08.2025  11:17 

Cahangir Əsgərov ölkədən gedib?

06.08.2025  22:23 

Dissertasiya səviyyəli kitab


BÜTÜN XƏBƏRLƏR +