AAYDA-nın vəzifəli şəxsi içkili halda saxlanılıb
Zəngəzur dəhlizi TRIPP adlanacaq?
Qazi Siyəzən Mərkəzi Xəstəxanasından şikayət etdi
Tovuzda 54 ədəd saxta araq aşkar edilib
“Oğluma 100 minlik saat almışdım”- Akif Həsənov
“Azəriqaz”ın xanım əməkdaşına hücum edən şəxs həbs olundu
Putin sülh danışıqlarına hazırdır - Tramp
Silahlı şəxs McDonald`sı ələ keçirdi
Almaniya Ukraynadan gələn qaçqınlara yardımı kəsir
Avtoyuma məntəqəsindən maşın oğurlandı


08.04.2021  23:19 

“Bakıdan hərbi əsirlər gəlir” dedilər, təyyarənin içi boş çıxdı





A+  A-

Axşam saatlarında Ermənistanda Bakıdan hərbi əsirlərin gətirilməsi iddiası ilə bağlı xəbər yayılıb.
XəzərNews.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş nazir müavini Tiqran Avinyanın mətbuat katibi Njde Ovsepyan açıqlayıb. O bildirib ki, Azərbaycandan növbəti hərbi əsirlər qrupunun Yerevana yola salınıb.

Nəticədə ikinci Qarabağ müharibəsində itkin düşmüş erməni hərbçilərin ailələri və yaxınları Bakıdan Yerevana yola düşən təyyarəni qarşılamaq üçün “Erebuni” aeroportuna toplaşıblar.

Düzdür, Bakıdan yola düşən təyyarə “Erebuni”yə enib. Lakin “Sputnik Armeniya”nın aeroportda olan müxbiri bildirib ki, “hava gəmisi”nin içində Qarabağdakı Rusiya sülhməramlılarının komandanı, general-leytenant Rüstəm Muradovdan başqa heç kim olmayıb.

Aeroporta toplaşanlar bundan sonra itkin düşmüş hərbçilərin valideynlərinin aksiyasına qoşulmaq üçün Müdafiə Nazirliyinin binasına doğru istiqamət götürüblər.

Qeyd edək ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bu gün İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Osayminlə birgə keçirdiyi mətbuat konfransında bir daha ermənilərin “hərbi əsir” iddiasına toxunub. Nazir qeyd edib ki, noyabr ayının sonunda artıq Azərbaycan tərəfi bütün hərbi əsirləri qarşı tərəfə təqdim edib. Nazirin sözlərinə görə, Azərbaycan tərəfi 70-dən artıq hərbi əsiri Ermənistana təqdim edib, qarşı tərəfdən isə Azərbaycana 12 hərbi əsir qaytarılıb.

Nazir onu da bildirib ki, dekabrın 12-13-də Azərbaycan xüsusi xidmət orqanları və Müdafiə Nazirliyinin müvafiq bölmələri tərəfindən aparılmış anti-terror əməliyyatı zamanı 62 nəfər Ermənistan hərbçisi tutulub. Cinayət istintaq tədbirləri nəticəsində həmin şəxslərin həmin əraziyə 26 noyabr tarixində yerləşdirilməsi faktı təsdiqlənib. Onlar Ermənistan vətəndaşları və hərbçiləridir, onlar Şırak vilayətindəndir. Onlar Azərbaycan ərazisində cinayət törədiblər və onların cinayəti nəticəsində yaralanan və həlak olan insanlar var. Azərbaycanın müvafiq qanunvericiliyinə əsasən, onlarla bağlı cinayət işi açılıb. Nazir əlavə edib ki, hərbi əməliyyatlar olmayan zaman hərbi əsir ola bilməz, onlar cinayətkardır, amma hərbi əsir deyil. Ceyhun Bayramovun sözlərinə görə, bu mövqe Azərbaycan tərəfindən bildirilib. Bu faktla bağlı Azərbaycan tərəfi beynəlxalq təşkilatları məlumatlandırıb.

Xəbər 4007 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.08.2025  15:48 

Zəngəzur dəhlizi TRIPP adlanacaq?

07.08.2025  13:20 

41 dərəcə isti olacaq

07.08.2025  11:27 

Pomidorla dolu “Qazel” aşdı

07.08.2025  11:17 

Cahangir Əsgərov ölkədən gedib?

06.08.2025  22:23 

Dissertasiya səviyyəli kitab


BÜTÜN XƏBƏRLƏR +