“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


18.10.2020  16:08 

“Azərbaycan hazırda cəsədlər və əsirlərlə bağlı lazımi şəraiti yaradır”





A+  A-

“Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən bəyan edildiyi kimi, humanitar atəşkəs qətiyyən sülh demək deyil”.
XəzərNews.az-ın APA-ya istinadən məlumatına görə, bunu bu gün Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib.

A. Eyvazov deyib ki, Ali Baş Komandanın göstərişinə əsasən, Azərbaycan Ordusu hazırda əməliyyat ərazisində humanitar atəşkəs rejimini tam təmin etməklə, ərazidə olan cəsədlərin toplanması, eyni zamanda tərəflərdə olan əsirlərin dəyişdirilməsi üçün lazımi şəraiti yaratmaqdadır: “Lakin təəssüf ki, Ermənistan tərəfi humanitar atəşkəs rejiminə məhəl qoymadan dəfələrlə işğaldan azad edilmiş əraziləri, o cümlədən Cəbrayıl şəhərini artilleriya atəşinə məruz qoyur. O cümlədən Azərbaycan-Ermənistan dövlət sərhədinin müxtəlif istiqamətlərində Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqdadır.

Bundan başqa, Ermənistan ordusu humanitar atəşkəs rejiminin yenidən elan olunduğu dövrdən bəri Ağdərə, Füzuli, Hadrut, Cəbrayıl istiqamətində hücuma keçməyə cəhd göstərib. Bütün hallarda Ordumuzun bölmələri tərəfindən Ermənistan Ordusunun bölmələri qətiyyətli şəkildə dəf edilib və düşmən itki verərək geri çəkilməyə məcbur edilib. Düşmənə xəbərdarlıq edirik ki, Ermənistan ordusu humanitar atəşkəs rejiminə məhəl qoymadan yenə əməliyyat bölgəsində gərginlik yaratmağa davam edərsə, Ordumuz tərəfindən daha kəskin şəkildə adekvat tədbirlər görüləcək”.



Xəbər 2417 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +