“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


05.06.2023  10:16 

“O zaman sülh bizə də lazım olmayacaq“ - Hərbi ekspert





A+  A-

"30 ilə yaxın bir dövrdə Azərbaycan ərazilərini işğal edib talayan, Azərbaycanın 8 kəndini hələ də işğal altında saxlayan, əldə edilən razılıqlara baxmayaraq qüvvələrini Azərbaycan ərazisindən tam çıxarmayan, 8 kəndimizin qaytarılmasını müxtəlif bəhanələrlə ləngidən, sərhəddə və RSK-nın müvəqqəti nəzarətində olan ərazilərdə hərbi təxribatlarını davam etdirən xəstə Ermənistanın müalicə üsulu yalnız "Dəmir Yumruq"dan keçir".

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə hərbi ekspert Ədalət Verdiyev çıxış edib.

Ə.Verdiyev bildirib ki, siyasətçilərimiz danışıqlar aparsın, diplomatlarımız alternativ həll variantlarını axtarsın, əsgərimiz də düşmən təxribatlarına ağrılı-acılı nəticələrlə müşaiyət olunan cavablar versin:

"Əgər Ermənistan sülh və delimitasiya istəməyib 1975-ci ilin xəritəsindən yapışacaqsa, o zaman sülh bizə də lazım olmayacaq. Delimitasiyanı isə daha əvvəl olduğu kimi, tarixi torpaqlarımızın lazım bildiyimiz ərazilərindən keçirəcəyik. Təhlükəsizlik konsepsiyası süquta uğrayan Ermənistan bu proseslərə müdaxilə etmək imkanına malik deyil. Sülhün alternativi müharibədir, amma nüharibə aparmaq fərari ordusunun imkanları xaricindədir. Ermənistanın real döyüş potensialı hazırda 2-3 günlük lokal toqquşmalardan artıq fəaliyyətlər üçün yetərli deyil".

Xəbər 1223 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +