“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


17.06.2020  20:11 

ABŞ-dan Əsəd və həyat yoldaşına qarşı sanksiya





A+  A-

ABŞ “Sezar Qanunu” çərçivəsində Bəşər Əsəd və həyat yoldaşı Əsma Əsəd də daxil olmaqla Suriyada 39 yüksək vəzifəli şəxsə qarşı sanksiya tətbiq edəcək.
XəzərNews.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Mayk Pompeo açıqlama verib: “Əsəd Suriya xalqına qarşı vəhşi müharibəsinə son qoymasa, daha çox sanksiya tətbiq edəcəyik”.

Pompeo, həmçinin yaxın günlərdə Əsəd tərəfdarı olan çox sayda insan və təşkilatları hədəf alan yeni sanksiyaların da elan ediləcəyini qeyd edib.

“Bu sanksiyalar Əsəd rejiminin Suriya xalqına qarşı müharibə və kütləvi vəhşilikləri davam etdirməsinə kömək edən gəlirlərdən məhrum etmək üçün uzunmüddətli iqtisadi və siyasi təzyiq kampaniyasının başlanğıcıdır”,- deyə Pompeo bildirib.

Qeyd edək ki, “Sezar Qanunu” olaraq bilinən, tam adı “Sezar Suriya Mülki Müdafiə Qanunu” 21 dekabr 2019-cu ildə Donald Tramp tərəfindən imzalanıb. Qanun Əsəd rəhbərliyinin fəaliyyətini dəstəkləyən və ya onlarla böyük miqdarda pul mübadiləsini həyata keçirən xarici şəxslərə və təşkilatlara qarşı sanksiyalar nəzərdə tutur.

Xəbər 1603 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +