Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir


03.09.2018  12:46 

Boş qalan yerlərə sənəd qəbulu başlanır





A+  A-

Sentyabrın 4-dən etibarən “ASAN Peşə” layihəsi çərçivəsində dövlət peşə təhsili müəssisələri üzrə boş qalan yerlərə sənəd qəbuluna başlanılacaq.
Təhsil Nazirliyindən XəzərNews.az-a verlən məlumata görə, dövlət peşə təhsili müəssisələrinə sənəd qəbulu “ASAN xidmət” mərkəzlərində və müvafiq təhsil müəssisələrində ödənişsiz formada həyata keçirilir.

Sentyabrın 10-dək davam edəcək bu prosesdə müsabiqənin ilk mərhələsində uğur qazana bilməyənlər də iştirak edə bilərlər.

Qeyd edək ki, dövlət peşə təhsili müəssisələrinə sənəd qəbulunun birinci mərhələsində 11 min 17 nəfər qeydiyyatdan keçib. Onlardan 9 min 196-sı müsabiqədən müvəffəqiyyətlə keçərək peşə təhsili müəssisələrinə qəbul olunub.

Təhsil Nazirliyi və “ASAN xidmət”in birgə həyata keçirdiyi “ASAN peşə” layihəsinin əsas məqsədi dövlət peşə təhsili müəssisələrinə qəbulun rahatlığını və obyektivliyini təmin etməkdir.

Xəbər 1627 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +