Dələduzluq əməlində ittiham olunurdu, azadlığa buraxıldı
Onlayn mərc və qumar oyunları təşkil edən dəstə ifşa edildi
Biləcəridə küçə ticarəti narazılıq yaratdı
Vaşinqtonda yeni sülh prosesi olacaq - Politoloq
Jurnalistikada qabiliyyət imtahanı faydasızdır - Qulu Məhərrəmli
Maqomedovun 3 milyard dəyərində aktivləri dondurulub
Zelenski Malyukla nədən danışıb?
Stiv Vitkoffla Putin arasında görüş olub - Video
Tibbi arayış böhranı: Körpələrlə növbə dərdi
Rusiya Azərbaycanla hava və dəmir yolu... - Əlaqələr kəsilir?


21.05.2025  14:01 

Ceyhun xanımını xilas edəndə boğulub - Faciə





A+  A-

ABŞ-nin Florida ştatının Mayami şəhərində azərbaycanlı gənc Ceyhun Sadıqbəyli faciəli şəkildə həlak olub.

XəzərNews.az xəbər verir ki, bu barədə Bakupost.az -a Ceyhun Sadıqbəylinin yaxınları bildirib.

Onların dediyinə görə, hadisə “South Beach” adlanan ərazidəki çimərlikdə baş verib. Belə ki, orada istirahət edərkən Ceyhunun həyat yoldaşı suda boğulmaq təhlükəsi iləüz-üzə qalıb. Xanımını ölümün cəngindən xilas edən Ceyhun özü boğularaq həlak olub.

Yenicə ailə həyatı quran Ceyhun Bostondakı şirkətlərin birində satış meneceri işləyirmiş.

Hazırda onun cənazəsinin Azərbaycana gətirilməsi istiqamətində iş aparılır.
Qeyd edək ki, Ceyhun 665 balla ADA Universitetinin Biznesin idarə edilməsi ixtisasının ingiliscə bölməsinə daxil olaraq bakalavr pilləsini bitirmişdi.


Xəbər 2428 dəfə oxunub.




06.08.2025  22:23 

Dissertasiya səviyyəli kitab

06.08.2025  11:21 

Aida Tağızadə vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +