Zelenski Putinlə nəyi müzakirə etmək istəyir?
Sıbiqa danışıqlar üçün Antalyaya gedib
Bir kisə pulu Rusiyadan çıxararkən saxlanıldı
Torpaq sənədi satan məmur həbs olundu
Sərhədi pozan 2 iranlı saxlanıldı
Qubada iki nəfəri tok vurdu
Səudiyyə ABŞ-a 600 milyard dollar yatıracaq
Kiyevdə oteldə atışma olub
Zelenski Lula da Silvadan nə xahiş edib?
Gömrük Komitəsinin tenderi niyə ləğv edilib?


12.05.2025  17:42 

“Terrorsuz Türkiyə” prosesinin böyük uğuru





A+  A-

PKK-nın özünü buraxması “Terrorsuz Türkiyə” yolunda mühüm dönüş nöqtəsidir

XəzərNews.az xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun, terror təşkilatı PKK-nın özünü ləğv etməsi və silah qoyması ilə bağlı açıqlama verib.

O, bu hadisəni Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə həyata keçirilən “Terrorsuz Türkiyə” prosesinin böyük uğuru kimi qiymətləndirib.

Altun bildirib ki, PKK-nın silah buraxma qərarı, bu prosesin güclənərək mühüm bir mərhələni keçdiyinin aydın göstəricisidir.

“Bu nəticəyə gəlmək üçün Türkiyə 40 ildən artıq bir dövr ərzində böyük bədəllər ödəyib, çətinliklər yaşayıb, ən əsası isə vətən uğrunda şəhidlər verib,” – deyə o qeyd edib.

Altun, “Terrorsuz Türkiyə” prosesinin sağlam və davamlı şəkildə irəliləməsi üçün bütün addımların həssaslıqla, şəffaflıqla və qətiyyətlə atılacağını söyləyib

“Qarşımızda duran məqsəd millətimizin terror, şiddət və xaosdan tamamilə uzaq olduğu, əmin-amanlıq və sabitliyin hökm sürdüyü bir gələcəyi təmin etməkdir,” – deyə Altun əlavə edib.

Xəbər 553 dəfə oxunub.



14.05.2025  11:24 

Qubada iki nəfəri tok vurdu

14.05.2025  11:16 

Kiyevdə oteldə atışma olub


BÜTÜN XƏBƏRLƏR +