YouTube platformasında yenilik var...-Mütəxəssisdən AÇIQLAMA
Co Bayden ilk dəfə xəstəliyindən yazdı
Həqiqi hərbi xidmətə çağırışla bağlı... - Sərəncam
Sobçakın da vergiyə külli miqdarda borcu var
“Toplum TV“nin əməkdaşları ilə bağlı ittiham aktı elan edildi
Telefonda danışacaqları saat bəlli oldu
Seçkidə qalib gəlsələr də... - Səs çoxluğu yoxdur
Cahangir Hacıyev 6 milyon manata yaxın pul qazanır
Terrorçulara qoşulan şəxslər Bakıya gətirildi - VİDEO
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi


28.10.2019  11:24 

Bağdadidən sonra İŞİD-ə o rəhbər seçildi





A+  A-

ABŞ hərbçilərinin Suriyada İŞİD lideri Əbu Bəkr əl-Bağdadi və onun yaxın tərəfdaşı Əbu əl-Həsən əl-Muhaciri zərərsizləşdirməsindən sonra qruplaşma öz yeni rəhbərini seçib.
XəzərNews.az-ın xəbərinə görə, bu barədə Amerikanın “Newsweek” jurnalı anonim bir kəşfiyyat mənbəyinə istinadən məlumat yayıb.

“Bir vaxtlar Səddam Hüseynin xüsusi xidmət orqanlarında xidmət etmiş keçmiş İraq zabiti haqqında az məlumatlı olsaq da, Abdullah Qardaş əl-Bağdadi rolunu öz üzərinə götürə bilər”, - deyə mənbə bildirib.

Qeyd edək ki, türkmən əsilli Abdullah Qardaş 1976-cı ildə İraqın Mosul vilayətinə bağlı türkmən şəhəri olan Telaferdə dünyaya gəlib. Əsl adı Əmir Məhəmməd Səid əl-Mövladır. Qardaş Mosul Universitetində ilahiyyat təhsili alıb. Din dərsləri deyib. Bu səbəbdən də “ustaz”, yəni ərəbcə müəllim kimi ləqəbi alıb. Daha sonra İraqda qurulan “Əl-Qaidə”nin yerli qanadına qoşulub və burada 2000-ci illərin əvvəllərində İŞİD-in gələcək lideri ilə həbsxanada tanış olub. Onun atasının Mosul məscidlərindən birinin imamı olduğu bildirilir.

“Əl Qaidə” terror təşkilatında fəaliyyət göstərmiş Qardaş sonralar İŞİD lideri Bağdadinin müavini Əbu Əlaa əl-Əfrinin adamı olub. İŞİD 2014-cü ildə İraqın Mosul şəhərini ələ keçirəndə Bağdadini təbrik edən ilk şəxs məhz Qardaş olub. 2016-cı ildə əl-Əfri həlak olduqdan sonra Abdulla Qardaş İŞİD liderinin “sağ əli”nə çevrilib.

İraq kəşfiyyatının rəsmiləri Qardaşı amansız terrorçu kimi xarakterizə edirlər. Bbəzi İŞİD liderləri onu qorxaq, döyüş meydanından qaçan adam adlandırır. Ancaq ərəb mətbuatı Qardaşı küçə müharibələrinin əsas komandirlərindən biri adlandırır.

Əl-Bağdadi cari ilin avqustunda onu özünə xələf təyin edib.

ABŞ hökuməti Abdullah Qardaşın ələ keçirilməsi üçün lazımi informasiyanı verəcək şəxsə 5 milyon dollar pul mükafatı təyin edib.

Xəbər 1360 dəfə oxunub.




19.05.2025  21:59 

Məşhur aktyor nişanlandı -FOTO

19.05.2025  13:08 

Sumqayıtda qazini maşın vurub

19.05.2025  12:38 

Lavrov Ermənistana səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +