Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


13.10.2020  13:28 

Təhsil Nazirliyi yaralı şagirdlərin adlarını açıqladı





A+  A-

Təhsil Nazirliyi düşmən tərəfindən hədəfə alınan azərbaycanlı məktəblilərin adlarını və erməni təcavüzü nəticəsində dağıntılara məruz qalan təhsil müəssisələrinin siyahısını açıqlayıb.
Nazirlikdən XəzərNews.az-a verilən məlumata görə, düşmən təcavüzü nəticəsində 3 məktəbli həlak olub. Bunlar Naftalan şəhəri, Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin IX sinif şagirdi Fidan Qurbanova, Naftalan şəhəri, Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin VII sinif şagirdi Şəhriyar Qurbanov və Ağcabədi rayonu, R.Quliyev adına Taynaq kənd orta məktəbinin IX sinif şagirdi Fərid İsgəndərovdur.

Həmçinin Gəncə şəhərinin bombalanması nəticəsində məktəblilər - Banu İbrahimova, Fərid İbrahimov, Turqay Əliyev, İlyas Həsənbəyli, Məleykə Abdullayeva, Ömər Mehdiyev, Səlim Mustafazadə, Murad Cavadov, Dinarə Muradova, Rauf Muradov, Hüseyn Əliyev, Sevinc Rəhimova, Aysu Əliyeva, Şəmiddin Şirinov, Şəfa Şirinova yaralanıblar.

Düşmənin təcavüzü nəticəsində ümumilikdə 37 məktəb dağıntılara məruz qalıb. Bunlar Tərtərdə 12 məktəb, Ağdamda 11 məktəb, Gəncədə 5 məktəb, Füzulidə 4 məktəb, Goranboyda 3 məktəb, Bərdə və Ağcabədidə 1 məktəbdir.

Xəbər 3875 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +