Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


09.07.2019  11:21 

Tərcümə Mərkəzi ilə bağlı dəyişiklik





A+  A-

Nazirlər Kabineti “Azərbaycan Dövlət Tərcümə Mərkəzinin Nizamnaməsi”ndə dəyişikliklər edib.
XəzərNews.az xəbər verir ki, yeni dəyişiklikdə əsasən Dövlət Tərcümə Mərkəzinin fəaliyyətinə nəzarətlə bağlı qaydalar əks olunub.

Belə ki, bundan sonra Mərkəzin fəaliyyətinə nəzarəti təsisçinin səlahiyyətləri çərçivəsində Nazirlər Kabineti, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada İdarə Heyəti həyata keçirəcək.

Bundan əlavə, mərkəzin fəaliyyət istiqamətləri ilə bağlı məşvərətçi komitələr və işçi qruplar yaradılır. İdarə Heyətinin üzvləri onun iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, İdarə Heyəti üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməli, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsi ilə müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər. Həmçinin gündəliyə daxil edilməmiş və ya tələb olunan aidiyyəti sənədləri iclasdan əvvəl təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılıq verdiyi hallar istisna olmaqla, qərar qəbul edilə bilməz.

Xəbər 2921 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +