Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


22.08.2018  17:43 

Bir həftədə Bakıda 219 piyada cərimələnib





A+  A-

Ötən həftə Bakı şəhərində təyin olunmayan yerlərdən yolu keçən 219 piyada aşkarlanıb.
XəzərNews.az xəbər verir ki, bu barədə “Trend”ə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təhlükəsizliyinin təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

V.Əsədov bildirib ki, Bakıda yeraltı və yerüstü piyada keçidləri ətrafında yol polisi tərəfindən nəzarət gücləndirilib.

Bölmə rəisinin sözlərinə görə, piyadaların avtomobillərlə vurulması yol-nəqliyyat hadisələrində çoxluq təşkil edir ki, bu da çox ciddi narahatlıq doğurur:
"Bunun qarşısını almaq üçün yeraltı və yerüstü piyada keçidləri ətrafında yol polisi əməkdaşlarının sayı artırılıb və nəzarət gücləndirilib".

Xəbər 3193 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +