Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


26.06.2018  09:06 

Bu gündən Bakı-Sumqayıt yolu bağlanır





A+  A-

Bakı-Sumqayıt yolundan istifadə edən sürücülər alternativ yollardan istifadə etməlidir. Bu gündən Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından üzü Xırdalan dairəsi istiqamətinə qədər olan yolda hərəkət məhdudlaşdırlıacaq. Yola yeni asfalt-beton örtük vurulacaq. İşlərin qısa vaxt ərzində tamamlanması nəzərdə tutulub.
XəzərNews.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin sözlərinə görə, həmin istiqamətdə asfalt-beton örtüyünün intensiv hərəkət nəticəsində və təbii təsirlərdən aşınmaya məruz qalan üst qatında yenilənmə işləri aparılacaq.Yola yeni asflat-beton örtük vurulacaq.

Təmir işlərinin birinci mərhələsi avtomobil tunelinin çıxışından, yəni Bakı Beynəlxalq Avtovağzalı kompleksinin qarşısından dəmir yolu körpüsünədək olan hissəsini əhatə edəcək.

Sürücülərə isə Bakı Dairəvi-1 - Lökbatan-Hocahəsən , Binəqədi şosesi - Binəqədi-Biləcəri , Binəqədi-Novxanı-Masazır, Binəqədi-Novxanı-Corat alternativ avtomobil yollarından istifadə etməkləri tövsiyə olunur.

Anar Nəcəfli onu da bildirib ki,sonrakı mərhələdə Xırdalan dairəsindən üzü ``Vaz dairəsi`` adlanan hissəyə qədər yola yeni-asfalt beton örtükün vurulması nəzərdə tutulub.

Xəbər 2902 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +