Cəlilabadda baş həkimin yerinə təyinat oldu
Tramp evdə xanımına necə müraciət edir?
Beş kollecin direktoru işdən çıxarıldı
Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Binəqədidə dəhşətli qətl - Təfərrüat
Ərdoğan Azərbyacan-Rusiya gərginliyindən danışdı
Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı
İlham Əliyev Ərdoğanla görüşdü


17.06.2017  11:36 

MTN-in tutub, hakimin buraxdığı şəxs yenidən məhkəmə önündə





A+  A-

Kompüter informasiyasına qanunsuz olaraq daxil olmaqda, qanunsuz sahibkarlıqda və oğurluqda təqsirləndirilən 1980-ci il təvəllüdlü Rəhman Musayevin barəsindəki hökmdən apellyasiya şikayəti verilib.
R.Musayev ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb. MTN-in həmin vaxt yaydığı məlumatda bildirilirdi ki, Azərbaycan Respublikasının vətəndaşları – Musayev Rəhman Sahib oğlu, Abdullayev Elçin Tariyel oğlu, Zəkiyev Emin Tahir oğlu, Dadaşlı Mikayıl Elşad oğlu və qeyriləri mütəşəkkil dəstə tərkibində İnternetdən istifadə etməklə qanunla qorunan kompüter informasiyasına qanunsuz daxil olub onların surətlərini əldə edərək 2008-2011-ci illər ərzində həmin informasiyalar vasitəsilə ayrı-ayrı fiziki və hüquqi şəxslərə məxsus elektron bank hesablarından böyük məbləğdə pul çıxarıb və onların mənafeyinə külli miqdarda ziyan vurmaqla həmin pul vəsaitini gizli olaraq talayıblar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi İradə Həsənzadənin hökmü ilə R.Musayevə şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Lakin Rəhman Musayev bu qərarla da razılaşmayıb və apellyasiya şikayəti verərək ona bəraət verilməsini istəyib. Onun işi icraata qəbul edilib və ilkin baxış iclası iyunun 20-nə təyin edilib. Proses Bakı Apellyasiya Məhkəməsinin hakimi Əmir Bayramovun sədrliyi ilə davam etdiriləcək.

(qafqazinfo.az)

Xəbər 3168 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +