Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


29.03.2017  10:18 

Tarif Şurasının səlahiyyətləri artırıldı





A+  A-

Nazirlər Kabineti “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası”na dəyişiklik edib.
Qaydaya əsasən Səhiyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınaraq “Azərbaycan Respublikasının dərman vasitələrinin Reyestri”nə daxil edilmiş dərman vasitələrinin qiymətləri Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir.
Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin topdan və ya pərakəndə satışı Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilən qiymətlərlə həyata keçirilir. Dəyişiklik dərman vasitələrinin qiymətlərinə dövlət nəzarətinin həyata keçirilməsi sahəsində Tarif (qiymət) Şurasının Katibliyinə yeni səlahiyyətin verilməsi ilə bağlıdır.
Bundan sonra dövlət qeydiyyatından keçmiş dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi məqsədi ilə bəyannamələrin, hesabat sənədlərinin və məlumatların vaxtında və ya düzgün təqdim edilməsinə nəzarəti Tarif (qiymət) Şurasının Katibliyi həyata keçirəcək.

(apa.az)

Xəbər 3148 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +