Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


07.02.2017  13:49 

“Bir neçə iri palçıq vulkanı da aktivləşə bilər” - Nazirlikdən AÇIQLAMA





A+  A-

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi fevralın 6-da Otman-Bozdağ palçıq vulkanında güclü püskürmə baş verməsi ilə bağlı məlumat yayıb.

XəzərNews.az xəbər verir ki, püskürmə ümümən 9 dəqiqəyə yaxın olub. Vulkan kraterindən cənub istiqamətində eni bəzi yerlərdə 6 metrəyə çatan çatlar 3-4 km məsafəyə qədər uzanaraq yeni çat sistemi təzahürü yaradıb. Yeni xaric edilmiş sülb tullantılarının həcmi 12 hektardan çox ərazini örtüb. Xaric olan brekçiya qatının qalınlığı 2 metrə yaxındır, uzunluğu isə 350 metrə çatır.

Yaxınlıqda yaşayış məskənləri olmadığından bu palçıq vulkanı təhlükəli hesab edilmir. Vulkanının yerləşdiyi tektonik çatın üzərində bir neçə iri palçıq vulkanı da vardır ki, onların da aktivləşmə ehtimalı artıb.

Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən prosesə nəzarət olunur və müvafiq ölçmə işləri aparılır.

Qeyd edək ki, Otman-Bozdağ palçıq vulkanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 29 sentyabr tarixli 294s nömrəli Sərəncamına əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”nun daimi istifadəsinə verilib.

 



Xəbər 2863 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +