Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


25.06.2025  13:32 

“Kino var?.. - Olmayan şey haqqında nə danışım?





A+  A-

Bir vaxtlar “Azərbaycanfilm” kinostudiyasında böyüyən nəsil hazırda televizoru açıb kinoya baxa bilmir. Kinotateatrlar isə daha çox xaricdə istehsal olunan filmlərin nümayiş olunduğu məkana çevrilib.

Bəs, öz kinomuz haradadır? Niyə son illərdə Azərbaycan kinosu yoxdur?

XəzərNews.az xəbər verir ki, yenisabah.az məsələ ilə bağlı Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevlə əlaqə saxlayıb.

Xalq artisti bildirib ki, hazırda Azərbaycanda kino sənayesi faktiki olaraq mövcud deyil. Balayevin sözlərinə görə, bu məsələdə əsas cavabdehlik Mədəniyyət Nazirliyi və Kino Agentliyinin üzərindədir:

"Kino var? Olmayan şey haqqında nə danışım? Yoxdur da, yoxdur. Səbəbini də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyindən və Kino Agentliyindən soruşun. Çünki kinonu çəkən onlardır. Dövlət pulu Kino Agentliyinə ayırmışdı, onlar da 1-2 film çəkmişdilər. Ona görə də məsələ ilə bağlı onlar daha dəqiq danışa bilər.

Günahkar da axtarmaq lazım deyil. Çünki günahkar sadəcə 1-2 adam deyil, amma gördüyüm qədəri ilə çalışırlar. Pul da ayrılıb. Görək, bir tərəfə çıxa bilsək. Kinoteatrlarda da xarici filmlərin göstərilməsinə səbəb camaatın marağıdır. Tələbat o yöndədir. Yaxşı film çəksək, bizə də baxarlar".

Xəbər 675 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +