Pezeşkiandan Pakistan və Hindistana YENİ TƏKLİF
Ən çox plan yeri ayrılan ixtisaslar - SİYAHI
İçkili halda yüksəkgərginlikli elektrik dirəyinə çıxdı
Maliyyə naziri Maska hücum edib
Moskvada qaz balonları olan anbarda yanğın-VİDEO
İranda atışma olub: Ölən var-VİDEO
Almaniyada terror aktı
Ukrayna ordusu Rusiyanın hərbi qatarını vurub
Lukaşenko bu liderə abidə ucaltmağı təklif etdi
Fransa Ukraynada dron istehsal edəcək


30.12.2023  22:10 

Ölkədə qətl, dələduzluq, xuliqanlıq niyə çoxalıb?





A+  A-

"Ölkədə cinayətkarlığı doğuran səbəblər müxtəlifdir. İnsanların həyat şəraiti, düşüncəsi, peşəsi ilə bağlı ən müxtəlif motivlər ola bilər".

Xəzərnews.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli Azərbaycan məhkəmələrinin çıxadığı hökmlərin sayından danışarkən deyib.

Ekspert bildirib ki, maliyyə, vergi pozuntuları və digər iqtisadi xarakterli cinayətlər daha çox müşahidə edilir:

"İnsanlar dolanışıq üçün müəyyən çətinliklərlə üz-üzə gələndə cinayətə əl atıb vəziyyətdən çıxmağa üstünlük verirlər. Amma ölkədə qətl, dələduzluq, xuliqanlıq kimi hadisələr də çoxalıb. Bu da son dövrlərdə insanlar arasında psixoloji gərginliklə bağlıdır. Psixoloji gərginliyin özü də həyat şəraiti ilə bağlı olan bir məsələdir. Hansı cinayətlərin neçə faiz təşkil etdiyini açıqlanmayıb, odur ki konkret fikir söyləmək də çətindir”.

Qulamhüseyn Əlibəyli bəraətverici hökmlərin azlıq təşkil etməsinin səbəbini hakimlərlə əlaqələndirib:

"Təəssüf doğuran bir məsələdir. Həmin cinayətlərlə bağlı işlər Avropa Məhkəmələrinə gedəndə orada Azərbaycan məhkəmələrinin çıxardığı qərarların əksəriyyəti ədalətsiz hesab olunur. Çünki Azərbaycan məhkəmələri daha çox ittihamedici mövqe tuturlar, onlar bəraət hökmü çıxartmaqdan çəkinirlər. Hakimlər daha çox ittihamedici aktları təsdiqləməyə çalışırlar”.

Qeyd edək ki, 2023-ci ildə Azərbaycanda 14530 ittihamedici, 120 bəraətverici hökm çıxarılıb.

Xəbər 4758 dəfə oxunub.




08.06.2025  03:34 

Maliyyə naziri Maska hücum edib

08.06.2025  00:52 

Bakıda yanğın baş verib

08.06.2025  00:49 

Almaniyada terror aktı


BÜTÜN XƏBƏRLƏR +