Daha bir azərbaycanlı müharibədə həlak oldu
Oğul atasına səkkiz bıçaq zərbəsi endirdi
İlham Əliyev və birinci xanım Patriarxı Kirill ilə görüşüblər
Bakıdan Varşavaya uçan təyyarə təcili geri qayıtdı
Cəhənnəmdə yanmağımızı istəyirlər - Azərbaycanlı reper
Anar Kərimov uzun fasilədən sonra göründü - Foto
Ekspert imtahan dəyişikliklərini tənqid etdi
Mən Rusiya agentinə aşiq oldum - Ukraynalı xanım
Tələbə qəbulu ilə bağlı dəyişikliklər necə olacaq?
Xəzərdə bir narkotik qaçaqmalçısı öldürüldü


25.02.2019  10:08 

Bakıda evdən qadının skeleti tapıldı - 2 il əvvəl ölüb





A+  A-

Bakıda qadın skeleti tapılıb.
XəzərNews.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, fevralın 24-ü saat 13 radələrində Binəqədi rayonu, Ə.Naxçıvani küçəsində yaşayan 1951-ci il təvəllüdlü Abdurəhimova Umuyətin üzərində zorakılıq əlamətləri olmayan skeletlənmiş meyiti tapılıb. Onun skeleti mənzilin mətbəxə keçid hissəsində aşkarlanıb.

Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Meyitin müayinə olunması üçün ekspertiza təyin olunub.

Qonşular bildirib ki, U.Abdurəhimovanı sonuncu dəfə iki il əvvəl görüblər və onun Dağıstana getdiyini eşidiblər. Umuyət Abdurəhimova uzun müddət 102 saylı “JEK”də süpürgəçi işləyib, daha sonra təqaüdə çıxıb. Məlumata görə, onun Bakıda yaxın qohumu yoxdur.

Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər 1489 dəfə oxunub.




02.05.2025  13:53 

Krıma dron hücumu - Foto

02.05.2025  11:41 

Baş nazir yeni qərar imzaladı


BÜTÜN XƏBƏRLƏR +