“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


25.09.2022  09:37 

Göyçə- Zəngəzur WhatsApp Respublikası





A+  A-

Gündəmi məşğul edən bu təşəbbüs haqda çox şey demək olar, amma maraqlısını bir türk şərhçi yazıb. Ostap Bender, ya Şeyx Nəsrullah haqda deyil, 21-ci əsr siyasətçisi haqdadır.

Volkan Aydemir. Əziz oxucular, toplaşın, hadisə yumoristik, böyük və təhlükəlidir!
Azərbaycanda bir təqaüdçü həmyaşıdları ilə ünsiyyət qurmaq üçün əvvəlcə WhatsApp-da qrup yaradır.

Bilirsiniz, belə bir deyim var: “On türk bir araya gələndə dövlət ya dağıdır, ya da dövlət qurur”... Qrup böyüyür, hamısı həmfikirdir, nə edək, biri deyir:- Gəlin, dövlət quraq.. WhatsApp-da da dövlət qururlar.

Sonra adına baxırlar, erməni işğalı altında olan və tranzit yolu açılacaq Zəngəzurun gələcəyi parlaqdır !Buraya sərmayə qoymağa qərar verirlər. Yeni dövlətin adını "Qərbi Azərbaycan Zəngəzur-Göyçə Cümhuriyyəti" qoyublar. Məncə, Zəngəzurun mühüm tranzit kəsişmə nöqtəsi olacağını və oradakı torpağın qiymətli olacağını düşünüblər... WhatsApp qrupunu yaradan dayı özünü prezident təyin edib... Yanında bir neçə vitse-prezident, icra başçısı, nazirlər...

Sonra baxırlar, Azərbaycanda onları ciddiyə alan yoxdursa, biz nə edək?

Anadoluda yazıçı, müxtəlif dillərdə kitablar nəşr edən nəşriyyatın sahibi Mehmet Ali Arslanı tapıb onu Cümhuriyyətin vitse-prezidenti, eləcə də türk dövlətləri ilə əlaqələrə məsul nazir təyin edirlər. Ali Arslan "Hizbullah" terror təşkilatı ilə əlaqədə olduğu üçün məhkəmə orqanları tərəfindən saxlanılaraq cəzalandırılan şəxsdir. Və vitse-prezident titulu ilə ilk səfərini Şimali İraq kürd administrasiyasına edir.

Sonra bu vitse - prezident yaşadığı vilayətin valisinə baş çəkir, Türkiyəni gəzir.... Açılış zamanı özəl mühafizə şöbəsi dərhal 5-10 cangüdən verir. Bu açılış qəzetlərə daşınır. Zarafat deyil, açılışa vitse-prezident gəlib! Hələ ki, gülməyin, amma.. Hadisəni Azərbaycan dövlətindən eşidirlər, “Azərbaycanın Prezidenti cənab İlham Əliyevdir. Bəs, bu kimdir? Üstəlik, xüsusi protokola uyğun qəbul olunur. Az qala diplomatik böhran başlayacaq.

Türkiyə məhkəmə orqanları tərəfindən cəzalandırılmış, qondarma Cümhuriyyətin
vitse-prezidenti olduğunu iddia edən, təhlükəli əlaqələri olan şəxsin ciddi qəbul olunması bizi heyrətə gətirdi.

Hər iki ölkənin xalqı yaxşı niyyətlərinə görə hər saqqallının öz babası olduğunu zənn edir. Mən heyrət içindəyəm, bəs sən?

Cəmaləddin Quliyev

Xəbər 2182 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +