200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


06.05.2025  13:26 

Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat





A+  A-

“Dönə-dönə xahiş edib bir tədbirə çağırıblar. Protokolun birincı sıralamasına baxıram bütün adlar və soyadlar yazılıb, bəndənizinki, yox. İkinci sıralamada da görmürəm. Təşkilatçılardan soruşuram ki, harada əyləşməm nəzərdə tutulub. Arxa cərgədəki sıralara göz gəzdirib nəzakətlə deyir ki, orada 6-cı cərgədə boş yer var, otura bilərsiniz. Əlbəttə, sadəcə söyləyəndə ki, ən sonuncu cərgədə yer nəzərdə tutulub, adətən sakitcə keçib əyləşirəm”.

XəzərNews.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa sosial şəbəkə hesabında yazıb.

“Bəlkə də həyatda ən sevmədiyim haldır ki, rəsmi tədbirdə insanı kimdənsə boşalmış yerə yönləndirirlər. Bir neçə dəfə məclislərdə olur ki, tanımadıqda aparıb qıraq yerdə əyləşdirirlər, sakitcə keçib oturub yeməyə və yaxud proqramla tanışlığa, nəyisə qeyd etməyə başlayan kimi bir neçə nəfər təlaşla yaxınlaşır ki, bəs ön cərgədə və ya ön masada yer boşaldı, xahiş edirik o boş yerə keçin. Gülümsəyərək deyirəm ki, mən bu dünyaya boş yer doldurmaq üçün gəlməmişəm, oturduğum yer ən axırıncı cərgədə də olsa, mənim dəyər qazandıracağım yerdir. Əlbəttə, heç yerdə status və ya protokol kaprizi etmərəm, ancaq rəsmi şəxs kimi dəvət olunduğum məkanda ən azı bunu sorğulamaq məqsədəuyğundur. Bu məqamda bir söz söyləyirəm və özümə də xoş gəldiyi üçün burada yazıram: Gözəl qardaşım, mən boş yerləri doldurmaq üçün doğulmamışam, boş beyinlər doldurmaq üçün bu dünyada varam. Gözləyin, indi boş yerləri doldurmağa uyğun adamlar gələcək, yerləşdirərsiniz. Sakitcə, gülümsəyərək başlamadan tədbiri tərk edirəm”,-deyə millət vəkili əlavə edib.

Xəbər 1030 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +