Azərbaycanlı hərbçi Ukraynada həlak oldu
Ermənistan regionda yeni eskalasiya riski yaradır - Siyasi şərhçi
Putin Zelenski ilə görüşəcəkmi?
Xaçmazda 15 yaşlı oğlu öldürülən ana fəryad edir
Putin İrana gedir... - Hazırlıqlar başladı
Atəşkəsə nail olmaq üçün... - Peskov açıqladı
Gələn ay 13 gün iş olmayacaq
İmtahanların doğru cavabları açıqlandı
Sabah Bakıda yağış yağacaq
Rusiya Mərkəzi Asiyanı Avropa İttifaqından necə uzaqlaşdırır?


06.12.2021  16:48 

Azərbaycanda üçüncü şəxs kimdir?





A+  A-

Azərbaycan Konstitusiyasına görə, icra hakimiyyəti prezidentə mənsubdur. Birinci vitse-prezident isə idarəetmədə ikinci şəxs sayılır.

Bəs üçüncü şəxs kimdir?

Bununla bağlı cəmiyyət dilində belə fikir var ki, ölkənin üçüncü şəxsi baş nazirdir. Digərləri isə Milli Məclis sədrinin üçüncü şəxs hesab edir.
Halbuki Konstitusiyaya görə, nə baş nazir, nə də Milli Məclis sədri üçüncü şəxs sayılır.
Gəlin, Konstitusiyaya diqqət edək.

Ana Qanunun 103-cü maddəsinin I bəndinə əsasən, Prezident birinci vitse-prezidenti və vitse-prezidentləri vəzifəyə təyin və vəzifədən azad edir.

Konstitusiyaya görə, Azərbaycanda vitse-prezidentlər də olmalıdır, ancaq faktiki olaraq yoxdur. “Vitse-prezidentlər haqqında” qanun layihəsinin hazırlanması da gözlənilirdi, ancaq hələ ki, reallaşmayıb.

Əslində ölkədə üçüncü şəxs vitse-prezidentdir. Maddələrlə yormaq istəməzdim. Məsələni sadə şəkildə izah edək: Birinci-vitse prezident qanunla müəyyən olunmuş hallarda prezidentin səlahiyyətlərini icra edə bilər.

Konstitusiyada nəzərdə tutulan hallarda birinci vitse-prezidentin prezident səlahiyyətlərini icra etməsi mümkün olmadıqda, vitse-prezident birinci vitse-prezident statusu alır.

Yəni, həmin vitse-prezident birinci vitse-prezident statusu aldıqdan sonra icra hakimiyyətinə rəhbərlik edir.

Daha sonra isə sıralamada baş nazir və Milli Məclis sədri dayanır. Məsələ odur ki, baş nazir də üçüncü şəxs hesab olunur, amma vitse-prezident birinci vitse-prezident statusu alandan sonra vəzifəsini icra edə bilməsə.

Qanunla müəyyən olunsa da, reallıqda vitse-prezident postu yoxdur, ona görə də, ölkədə faktiki olaraq baş nazir üçüncü şəxsdir deyə bilərik.

Aqşin Kərimov

Xəbər 1264 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

12.05.2025  13:00 

Gələn ay 13 gün iş olmayacaq

12.05.2025  12:54 

Sabah Bakıda yağış yağacaq

12.05.2025  11:41 

PKK ləğv olundu


BÜTÜN XƏBƏRLƏR +