“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


26.07.2018  12:19 

Avropa Birliyi və ABŞ-dan Krımla bağlı QƏRAR





A+  A-

Avropa Birliyi (AB) ABŞ dövlət departamentinin Krımla bağlı bəyannaməsini dəstəkləyib.
XəzərNews.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Krımın qanunsuz ilhaqının tanınmaması və bu sahədə dəyiş mövqe nümayiş etdirilməsi haqda bəyannamə qəbul edib.

“ABŞ-ın Krımla bağlı bəyannaməsi Rusiya tərəfindən Krımın qeyri-qanuni birləşdirilməsi və Ukrayna ərazisinin bütövlüyünün pozulması ilə bağlı ardıcıl, güclü və prinsipial mövqeyini əks etdirir. AB-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Federika Moqerininin 2018-ci il 16 mart bəyannaməsində bildirdiyi kimi AB qanunsuz birləşdirməni qəbul etmir və qınayır” – AB-nin xarici siyasət xidmətindən çərşənbə günü bəyan edilib.

Bəyannamədə Ukraynanın ərazi bütövlüyü dəstəklənir və Rusiyanın bu əməli qınanır. Həmçinin Rusiyanın bu hərəkətinin digər dövlətlərin də ərazi bütövlüklərinə təhlükə yarada biləcəyi vurğulanır.

ABŞ-ın Krımın Rusiyanın tərkibinə qanunsuz birləşdirilməsinin tanınmaması barədə bəyannaməsi dövlət katibi Mayk Pampeonun imzası ilə çərşənbə günü yayımlanıb.

Qeyd edək ki, Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova isə bu məsələyə öz Facebook hesabında satirik yanaşıb. O, bu cür sənədlərin “dəyərini” bildiklərini qeyd edib. XİN-nin nümayəndəsi İranla nüvə razılaşmasının və iqlim müqaviləsinin də nə vaxtsa ABŞ-ın əsas siyasəti kimi müəyyənləşdirildiyinə diqqət çəkib. Zaxarova “Şəxsən Obama belə qərar verdi, sonra isə Tramp qərarı dəyişdi” – Facebookda yazıb.

Xəbər 1444 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +